İşin təsviri
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Maliyyə, iqtisadiyyat istiqaməti üzrə ali təhsil;
- Təcrübə: Maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi;
- Texniki biliklər: İcbari tibbi sığorta, vergi və məcburi dövlət sığortası üzrə qanunvericilik bilikləri;
- Gəlirlər və xərclərin proqnozlaşdırılması sahəsində biliklər;
- Microsoft Office (Word, Excel, Outlook) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
- Şəxsi bacarıqlar: Ünsiyyət, komandada işləmə, vaxtın idarə edilməsi və problemləri həll etmə bacarıqları.
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanması;
- Şöbənin fəaliyyət istiqaməti üzrə təhlillərin aparılması;
- İstiqaməti üzrə aidiyyəti dövlət qurumları ilə işlərin aparılması;
- Hər növbəti il üçün Agentliyin büdcə layihəsinin hazırlanması və qəbul olunmuş büdcənin icrasının gəlir tərəfinin təmin edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Sahə üzrə prosedur və qaydaların yazılmasında iştirak etmək.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
- İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
- İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Test mərhələsi
- Müsahibə mərhələsi
Müraciət qaydası:
- CV-lərinizi cv@its.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!