İnfrastruktur şöbəsinin aparıcı məsləhətçisi (şəbəkə inzibatçısı)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil;
  • Təcrübə: Sahə üzrə ən azı 3 il iş təcrübəsi

Texniki biliklər:

  • NGFW-lar üzrə biliklər və iş təcrübəsi (PaloAlto);
  • (Local Traffic Manager) üzrə biliklər və iş təcrübəsi (F5 BIG-IP LTM);
  • Cisco SD-WAN texnologiyası üzrə biliklər və iş təcrübəsi (arzu olunan);
  • Cisco IOS, NX-OS, IOS-XE üzrə biliklər və iş təcrübəsi;
  • Fortinet, HPE, Aruba, Huawei, Dell network avadanlıqları iş təcrübəsi;
  • Wireless şəbəkə üzrə biliklər;
  • Unify controller və access pointlər ilə iş təcrübəsi;
  • Aruba controller və access pointlər ilə iş təcrübəsi;
  • VoIP üzrə biliklər, Asterisk, FreePBX, Grandstream UCM, Yeastar PBX ilə iş təcrübəsi;
  • Zabbix, PRTG monitorinq sistemləri ilə iş təcrübəsi;
  • TCP/IP;
  • Routing və Switching protokolları;
  • Linux əməliyyat sistemi ilə işləmə bacarığı (arzu olunan);
  • İngilis dili (texniki səviyyədə);
  • Şəxsi bacarıqlar: Ünsiyyət, komandada işləmə, vaxtın idarə edilməsi və problemləri həll etmə bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Şəbəkə infrastrukturunun dəstəklənməsində iştirak, Agentliyin İT infrastrukturunda yaranan problemlərə dərhal reaksiya verməklə xidmət pozuntularını aradan qaldırmaq üçün müvafiq tədbirlərin görülməsi;
  • Agentliyin informasiya texnologiyaları infrastrukturunda baş vermiş nasazlıqları vaxtında müəyyən edilməsi və yerində həll olunmasının təmin edilməsi;
  • Agentliyin inzibati binalarında və tabeliyində olan dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin lokal şəbəkənin qurulması, nəzarəti və texniki infrastrukturun yaradılması;
  • Agentliyin inzibati binalarında və tabeliyində olan dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin şəbəkə təhlükəsizliyinin təmin edilməsi;
  • Data Mərkəzlərin, Agentliyin və tabeliyində verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin arasında Site-to-Site VPN şəbəkənin yaradılması
  • Şəbəkə ilə bağlı yeni həllərin və informasiya texnologiyaları üzrə məhsulların test edilməsi və rəhbərliyə təqdimatın hazırlanması
  • Şəbəkə avadanlıqlarının təklükəsizlik standartlarına uyğun olaraq qurulması, sazlanması və monitorinqinin həyata keçirilməsi;
  • Şəbəkə üçün istifadəçi və şəbəkə təhlükəsizliyi təlimatlarının yaradılması, şəbəkə fəaliyyəti ilə bağlı müraciətlərə cavab verilməsi və istifadəçilərin şəbəkədə fəaliyyətinə nəzarət;
  • Şəbəkə infrastrukturunda optimallaşırma işlərinin aparılması;
  • İnfrastrukturun dayanıqlılığının təmin edilməsi;
  • İstifadəçilərdə və infrastrukturda yaranan şəbəkə problemlərinin təyin olunması, araşdırılması və müvafiq dəstəyin göstərilməsi;
  • Şəbəkə təhlükəsizlik servislərinin və prosedurlarının Agentliyin təhlükəsizlik siyasəti çərçivəsində tətbiq olunması;
  • IP telefoniya xidmətinin qurulması və monitorinqi;
  • L2/L3 topologiyaların planlanması və hazırlanması;
  • IP address management sisteminin idarə olunması;
  • Agentlikdə bu sahalər üzrə inkişafı prosesslərində iştirakı və dəstəyi;

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
  • İş yeri: Bakı şəhəri, Sabit Orucov 13 (Ali məhkəmənin yaxınlığı).

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Müsahibə

Müraciət qaydası:

  • CV-lərinizi cv@its.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!