İşin təsviri
Təsvir
- Həvalə edilmiş veriliş, rubrika və məzmun vahidləri üzrə işi planlaşdırmaq, icra etmək və plan üzrə fasiləsiz yayımı təmin etmək;
- Proqramın bədii və texniki tərəfdən yüksək səviyyədə hazırlanması üçün tədbirlər görmək;
- Hazırlanmış məzmunun efirə verilməsi zamanı, tələb olunarsa, aparıcını müşayiət etmək;
- Efirə verilən proqramların təqdimatı, təkrarı, arxivə verilməsi məsələlərini rəhbərliklə razılaşdırmaq;
- Məzmun istehsalında birbaşa iştirak etmək, yeni məzmun həllərini axtarmaq, təklif etmək,
- Radiostansiyanın sosial şəbəkələrdəki hesablarını idarə, inkişaf etdirmək, bədii tərtibatını yaratmaq və məzmunla fasiləsiz təmin etmək
- Veriliş və rubrikalar üçün dəvət edilən qonaqların qarşılanması və müşayiət edilməsi;
- Veriliş və rubrikaların hazırlanmasında iştirak etmək.
Tələblər
- Müvafiq sahədə iş təcrübəsi;
- Daimi olaraq üzərində çalışmalı, bilik və bacarıqlarını təkmilləşdirməlidir;
- Mükəmməl Azərbaycan dili biliyi;
- Geniş araşdırma bacarığı;
- Yazı və danışıq qabiliyyəti;
- Türk, rus və ya ingilis dili biliyi.