İdarəetmə orqanları ilə iş şöbəsinin hüquq məsləhətçisi

Dünən

İşin təsviri

Təsvir

· Müşahidə Şurası və İdarə Heyəti iclaslarının gündəliyinin yoxlanılması/Protokollarının hazırlanması;

· Əmr, Sərəncam, Etibarnamə və digər inzibati sənədlərin hazırlanması;

· İdarəetmə orqanlarının işinin əlaqələndirilməsi;

· İdarəetmə orqanlarının səlahiyyət bölgülərinin vaxtaşırı təhlili;

· Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin bankdaxili normativ aktlar, zəruri informasiya və hesabatlarla təmin edilməsi;

· Bank əməkdaşlarına elektron imza sertifikatlarının alınması və müddətlərinin izlənilməsi;

· Kredit, təminat və digər müqavilə şablonlarının təsdiqi və uçotunun aparılması və s.

Tələblər

· Hüquq sahəsində ali magistr təhsilinin olması;

· Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

· Korporativ idarəetmə/korporativ katiblik və ya əlaqəli sahələrdə iş təcrübəsinin olması arzuolunandır;

· Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;

· Bank fəaliyyətini tənzimləyən qanunvericilik bazası və maliyyə bazarlarına nəzarət orqanının normativ aktlarını bilməsi;

· Kargüzarlıq işinin əsaslarını bilməsi;

· Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;

· Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi;

· Yüksək qavrama və öyrənmə qabiliyyəti;

· İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

· İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

· Ofis proqramlarında işləmək bacarığı.