İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müxtəlif məhsullar üçün qablaşdırma dizaynlarını hazırlayaraq, markamızın vizual kimliyini gücləndirin.
- Çap olunacaq qablaşdırma məhsullarının çapa hazırlanmasında aktiv rol oynayın.
- Brend kimliyinə uyğun kreativ dizayn həllərinin hazırlanması
- Verilən tapşırıqların vaxtında və keyfiyyətli icrası
Tələblər:
- Ali təhsil (Dizayn, Qrafika və ya müvafiq sahə);
- Minimum 1 illik iş təcrübəsi;
- Yaş: 20-35;
- Corel Draw və Adobe Photoshop, InDesign proqramlarını mükəmməl bilən;
- Qablaşdırma dizaynı və çap prosesi ilə bağlı biliklərə malik olmalı;
- Çapa hazırlıq mərhələsi və çap texnologiyaları üzrə biliklərə sahib olmalı
Üstünlüklər:
- Real layihələr üzərində işləmək imkanı
- Yaradıcılıq üçün sərbəstlik
İş Şəraiti:
- Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun;
- 5 günlük iş qrafiki:
- Əmək haqqı: müsahibə əsasında təyin olunur.
- İş yeri: Digah
Müraciət qaydası:
CV və (əgər varsa) portfolio-nu göndərməyiniz xahiş olunur.
Maraqlanan namizədlər CV-lərini hr.inci@inci.az elektron poçt ünvanına və ya 077-441-55-22 vasitəsilə müraciət edə bilərlər.