İşin təsviri

– Rəqəmsal yetkinliyin qiymətləndirilməsində dəstək olunması və məlumatların toplanılması;

– Rəqəmsallaşma layihələrində tərəfdaşlarla görüşlərdə iştirak edilməsi və qeydlərin hazırlanması;

– Layihələrin təhlilində kömək edilməsi, məlumat toplanması və icra prosesində iştirak edilməsi;

– BPMN, UML və digər metodlarla diaqramların hazırlanması və texniki sənədlərin hazırlanmasına dəstək verilməsi;

– G2G, G2B, G2C biznes modellərinin anlaşılması və mövcud layihələr üçün həll təkliflərinin verilməsi;

– Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində icra və dəstək səviyyəsində iştirak edilməsi;

– Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər hazırlamağa dəstək verilməsi;

– Sistem dizaynı tələblərinin müəyyənləşdirilməsi və dizayn prosesində dəstək olunması;

– Şöbə müdirinin və departament rəhbərliyinin texniki tapşırıqlarının icra edilməsi və hesabat verilməsi;

– Yeni texnologiyalar, rəqəmsal trendlər və beynəlxalq təcrübələri araşdıraraq mövcud layihələrdə tətbiqi ilə bağlı tövsiyələrin verilməsi;

– Mövcud biznes proseslərinin və rəqəmsal həllərin təhlilində dəstək olunması və avtomatlaşdırma üçün təkliflərin hazırlanması;

– Verilənlər bazası üzrə sorğuların aparılması və məlumatların təhlilinə dəstək verilməsi;

– Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunması;

– Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması;

– Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.

Tələblər

– ali təhsil (rəqəmsal transformasiya, informasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem analizi, dizayn və ya müvafiq sahələr);

– Biznes proses analizi və rəqəmsal transformasiya sahəsində ən azı 3–4 il iş stajı;

– biznes proses modelləşdirmə dilləri (BPMN, UML);

– API inteqrasiyası və məlumat mübadiləsi prinsipləri barədə anlayış;

SQL və ya digər verilənlər bazası sistemləri üzrə baza bilikləri;

– analitik düşüncə və problem həll etmə qabiliyyəti;

– istifadəçi tələblərinin toplanması və sənədləşdirilməsi;

– vizual diaqramlar və prototiplərin hazırlanması;

– komanda ilə işləmə və effektiv ünsiyyətqurma;

– yaradıcı yanaşma, dəqiqlik, məsuliyyət, dəyişikliklərə adaptasiya bacarığı;

– dəyişikliklərə uyğunlaşma bacarığı;

– azərbaycan dili – sərbəst; İngilis dili – texniki sənədləşdirmə və peşəkar ünsiyyət səviyyəsində; Rus dili üstünlükdür;

– Figma, Jira, Confluence kimi alətlərlə işləmə bacarığı;

– sistem dizayn biliklərinin olması;

– BRD, FRD, SRS sənədlərini tərtib etmək bacarıqları;

– dataları sorğulayaraq onları analiz edib mövcud proseslərdə dəyişiklik tələblərinin çıxarılması;

– Agile/Scrum və ya Waterfall metodologiyaları barədə bilik;

– ixtisas üzrə beynəlxalq sertifikatların olması üstünlükdür;

– Fərqli domenlərdə Rəqəmsallaşma, İT Biznes Analitik kimi iş təcrübəsinin olması (məsələn: Rəqəmsal Dövlət, Rəqəmsal Bankçılıq, FinTech və s.)