İşin təsviri
· İT layihələrində maraqlı tərəflərlə (stakeholder) keçirilən ilkin görüşlərdə iştirak etmək
· Layihələrin başlanğıcında analiz yol xəritəsini hazırlamaq
· İT layihələrinin tələblərinin toplanması, texniki tapşırıqların hazırlanması və texniki komandaya ötürməsi prosesində mütəxəssis və aparıcı mütəxəssislərə bələdçilik etmək
· G2G, G2B, G2C biznes modellərini anlamaq və həll yolları vermək
· Mövcud biznes proseslərini və mövcud rəqəmsal məhsulları təhlil edərək onların optimallaşdırılması və avtomatlaşdırılması üçün həllər təklif etmək
· Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak etmək
· Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin mapping-ı (flow chart-ların hazırlanması və hazırlanmasında dəstək olmaq)
· Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif etmək
· Sistem dizaynı tələblərini müəyyənləşdirmək, sistem dizaynında daha yaxından iştirak etmək
· Digər mütəxəssislərin kariyera inkişafında bələdçilik etmək
Tələblər
- Ali təhsil: Biznesin idarə olunması, İnformasiya sistemləri və ya əlaqəli sahələr üzrə
- Minimal təcrübə tələbi: 4 il, xüsusilə rəqəmsal transformasiya sahəsində, G2B layihələrdə
- Minimal olaraq “Upper Intermediate” səviyyəsində İngilis dili, Rus dili biliyi arzu olunandır
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı.
- Figma, Jira, Confluence kimi alətlərlə işləmək bacarığı
- Sistem dizayn biliklərinin olması vacibdir
- DataBase texnologiyaları ilə yüksək səviyyədə işləmə qabiliyyəti
- BPMN, UML kimi modelləşdirmə dilləri haqqında yüksək səviyyədə biliklər
- Camunda üzrə biliklərin olması
- Postman və/və ya Swagger kimi alətlərlə işləmək
- BRD, FRD, SRS sənədlərini tərtib etmək bacarıqları
- Dataları sorğulayaraq onları analiz edib mövcud proseslərdə dəyişiklik tələblərinin çıxarılması bacarığı
- Agile/Scrum və ya Waterfall metodologiyaları barədə bilik üstünlükdür.
- İxtisas üzrə beynəlxalq sertifikatların olması üstünlükdür.
- Low-code platformalar, CMS idarəetməsi və API əsaslı xidmət inteqrasiyası sahəsində güclü biliklər
- Müxtəlif funksional komandalarla işləmə və mürəkkəb tələbləri miqyaslana bilən platforma funksiyalarına çevirmə bacarığı
- Yüksək səviyyədə analitik düşüncə və problem həll etmə qabiliyyəti
- Nəticəyönümlü, öyrənməyə və özünü inkişafa açıq
- Dəyişikliklərə uyğunlaşma bacarığı