İşin təsviri

  • Agentliyin yerli və beynəlxalq tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi;
  • Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli və beynəlxalq konfranslar, forumlar, sammitlər, sərgilər, PR və tanıtım tədbirlərində iştirakın koordinasiyası və icrasına nəzarətin həyata keçirilməsi;
  • Tədbirlərin illik planının və büdcəsinin hazırlanması, maliyyə vəsaitlərinin səmərəli və məqsədyönlü istifadəsinin təmin edilməsi;
  • Tədbirlərin təşkili prosesində təchizatçılar, tərəfdaş təşkilatlar, beynəlxalq qurumlar və dövlət orqanları ilə əməkdaşlığın qurulması, tələb olunan icazə və razılaşmaların alınmasının təmin edilməsi;
  • Tədbirlər üçün kreativ konseptlərin hazırlanması və onların Agentliyin brend strategiyası və kommunikasiya siyasəti ilə uyğunluğunun təmin edilməsi;
  • Tədbirlərlə bağlı marketinq, kommunikasiya və PR materiallarının hazırlanması prosesinin koordinasiya edilməsi;
  • Tədbirlərin təşkili prosesində komandanın fəaliyyətinin koordinasiya edilməsi, iş bölgüsünün effektiv şəkildə təşkil edilməsi və proseslərin idarə olunması;
  • Keçirilmiş tədbirlərin effektivliyinin qiymətləndirilməsi, nəticələrin təhlil edilməsi və gələcək tədbirlərin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;
  • Tədbirlər üçün zəruri olan promo, çap və digər kommunikasiya materiallarının hazırlanmasının planlaşdırılması, büdcələşdirilməsi, səmərəli istifadəsinin və icrasının nəzarətdə saxlanılması.

Tələblər

  • Ali təhsil (marketinq, menecment, beynəlxalq münasibətlər, biznes idarəçiliyi, kommunikasiya və ya digər uyğun sahə üzrə);
  • Tədbirlərin təşkili, layihə idarəçiliyi, marketinq və ya PR sahəsində minimum 5 il iş təcrübəsi;
  • Yerli və beynəlxalq tədbirlərin (konfrans, forum, sammit, sərgi və s.) təşkili və koordinasiyası üzrə praktiki təcrübə;
  • Tədbir planlaşdırılması, büdcələşdirmə və təchizatçılarla işləmə sahəsində bilik və təcrübə;
  • Dövlət qurumları, beynəlxalq təşkilatlar və tərəfdaşlarla əməkdaşlıq qurmaq bacarığı;
  • Kreativ düşüncə və tədbirlərin konseptual planlaşdırılması bacarığı;
  • Layihə və vaxt idarəetməsi üzrə yüksək təşkilatçılıq bacarıqları;
  • Analitik düşünmə və keçirilmiş tədbirlərin nəticələrinin qiymətləndirilməsi bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dili biliyi arzuolunandır;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Komanda ilə işləmək, effektiv kommunikasiya və təqdimat bacarıqları;
  • Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və operativ qərarvermə bacarığı;
  • Tədbirlərin təşkili üzrə geniş iş həcminin idarə olunması və dövlət satınalmaları prosedurları üzrə təcrübə arzuolunandır.