İşin təsviri
- İnnovasiya əməliyyatları komandasının gündəlik fəaliyyətinin koordinasiyası və idarə edilməsi;
- Ekosistemin inkişafı və dəstəyi istiqamətində əməliyyat proseslərinin optimallaşdırılması;
- Startapların inkişafı üçün İKT infrastrukturunun gücləndirilməsi və istedad ehtiyatlarının yaradılması üzrə tədbirlərin həyata keçirilməsi;
- Layihələrin icra müddətlərinin, resursların və keyfiyyətin monitorinqi və idarə edilməsi;
- Dövlət müəssisələri tərəfindən aparılan satınalmalarda startapların iştirakı ilə bağlı güzəşt mexanizmlərinin hazırlanması və tətbiqi prosesinin idarə edilməsi;
- Komanda üzvlərinin performansının qiymətləndirilməsi və inkişafının dəstəklənməsi;
- Rəhbərliyə əməliyyat fəaliyyəti üzrə mütəmadi hesabatların təqdim edilməsi.
Tələblər
- Ali təhsil (biznes idarəetməsi, İKT, layihə idarəetməsi və ya əlaqəli sahələrdə; magistr dərəcəsinə üstünlük verilir);
- Sahə üzrə minimum 3 il iş stajı (əməliyyat idarəetməsi, layihə idarəetməsi və ya əlaqəli sahədə);
- Komanda idarəetməsi və liderlik bacarıqları;
- Layihə idarəetmə metodologiyaları (Agile, PMI və ya oxşar) üzrə biliklər;
- Sertifikatlar: PMI ACP, PMP və ya oxşar beynəlxalq sertifikatların olması mütləqdir;
- Analitik düşüncə, problem həlletmə və qərar qəbuletmə bacarıqları;
- Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili – yaxşı səviyyədə.
- Sertifikatlar: PMI ACP, PMP və ya oxşar beynəlxalq sertifikatların olması mütləqdir;