İşin təsviri
- Təşkilatın strateji planına uyğun olaraq işçi qüvvəsi ehtiyaclarını planlaşdırılmasında iştirak etmək və gələcək işçi qüvvəsi tələblərini proqnozlaşdırmasında dəstək olmaq;
- Agentlik üzrə mövcud vakansiyaları təhlil etmək, iş elanlarını hazırlayıb və müəyyən edilmiş mənbələrdə yerləşdirmək;
- İşə qəbul kanallarını (karyera saytları, sosial media, universitetlər) idarə etmək və optimallaşdırmaq;
- Agentlik üzrə müxtəlif insan resursları layihələrini idarə etmək;
- İşə qəbul prosesinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- Yeni işə götürülənlərin “onboarding” prosesini planlaşdırmaq və uğurlu adaptasiyaya dəstək olmaq;
- İllik hədəflərin struktur bölmə rəhbərləri ilə birgə müəyyənləşdirilməsində iştirak etmək və müvafiq tövsiyələr vermək;
- Kompensasiyaların verilməsini bazar təhlillərinə əsasən optimallaşdırılması üçün təkliflər vermək;
- İşçilərin karyera inkişafını və müxtəlif bölmələrdə təcrübə qazanmalarını dəstəkləyən rotasiya proqramlarının işlənib hazırlanmasına dəstək olmaq;
- HR analitikası ilə işə qəbul göstəricilərini izləmək (time-to-fill, cost-per-hire, quality of hire və s.);
- Daxili və xarici tərəfdaşlarla əməkdaşlıq etmək (stakeholder management);
- Həftəlik, aylıq və rüblük hesabatları hazırlamaq;
- İşə götürən brendinin gücləndirilməsi üçün töhfələr vermək;
- İşçi rifahı, müxtəliflik və inklüzivlik, istedadların idarə edilməsi ilə bağlı ən yaxşı təcrübələrin tətbiqinə dəstək olmaq;
- Agentlik dəyərlərinə uyğun mədəniyyətin qurulmasına dəstək olmaq.
Tələblər
- İnsan Resursları, Psixologiya və ya müvafiq sahə üzrə ali təhsil arzuolunandır;
- İnsan resursları sahəsində minimum 3-4 il təcrübə;
- Struktur müsahibə metodologiyaları, qiymətləndirmə alətləri və axtarış texnikalarında dərin biliyə sahib olmaq;
- Analitik düşüncə bacarığı;
- Effektiv kommunikasiya və danışıqların aparılması bacarıqları;
- Proaktivlik, nəticəyə yönəlik yanaşma və komanda ruhu;
- Sahə üzrə beynəlxalq sertifikatın olması üstünlükdür;
- İngilis dili və Rus dili biliyi üstünlükdür.