İşin təsviri
Təsvir
- AI əsaslı daxili alətlərin və platformaların hazırlanması və inkişaf etdirilməsi;
- AI əsaslı həllərin hazırlanması və tətbiqi;
- Cursor, Claude və digər AI coding alətlərindən istifadə etməklə sürətli development prosesinin təşkili;
- Daxili biznes proseslərinin analizi və onların AI vasitəsilə avtomatlaşdırılması;
- Agent-based və workflow automation sistemlərinin qurulması və tətbiqi;
- Mövcud sistemlərə AI həllərinin inteqrasiyası və texnoloji komandalarla koordinasiya;
- Hazırlanan həllərin production mühitinə çıxarılması və davamlı inkişafının təmin edilməsi;
- AI sahəsində yeni alətlərin və texnologiyaların araşdırılması və tətbiqi.
Tələblər
- Kompüter elmləri, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;
- Python, JavaScript və ya digər proqramlaşdırma dillərində praktiki təcrübə;
- API-lərlə işləmə və sistem inteqrasiyası üzrə təcrübə;
- AI alətləri (ChatGPT, Claude, Cursor və s.) ilə praktiki işləmə bacarığı;
- Backend və ya full-stack development üzrə əsas biliklər;
- Məlumatlarla işləmə (data processing) və əsas data strukturları üzrə anlayış;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Komanda ilə işləmə və texniki kommunikasiya bacarıqları.