İşin təsviri
- Dövlət qurumları tərəfindən təqdim olunan Aİ əsaslı layihə və təşəbbüslərin texniki və arxitektur qiymətləndirilməsi;
- Aİ həllərinin vahid rəqəmsal hökumət arxitekturasına uyğunluğunun təmin edilməsi;
- Aİ layihələri üzrə texnologiya seçimi, tətbiq ssenariləri və arxitektur yanaşmaların formalaşdırılması;
- Məlumat, model, inteqrasiya, təhlükəsizlik və etik istifadə tələbləri baxımından Aİ həllərinin təhlili;
- Dövlət qurumlarının Aİ əsaslı həllərinin məqsədəuyğunluq baxımından qiymətləndirilməsi;
- Aİ layihələri üzrə risklərin, məhdudiyyətlərin və tətbiq imkanlarının müəyyənləşdirilməsi;
- Aİ həlləri üzrə metodoloji yanaşmaların, tövsiyələrin və baza prinsiplərinin hazırlanması;
- Mövcud platformalar və yeni Aİ təşəbbüsləri arasında uyğunluğun təmin edilməsi;
- Dövlət qurumlarına Aİ həllərinin seçimi və tətbiqi üzrə metodoloji və əməli dəstəyin göstərilməsi;
- Aİ sahəsində müvafiq araşdırmaların aparılması və nəticələrinin sənədləşdirilməsi.
Tələblər
- Süni intellekt, kompüter elmləri, informasiya texnologiyaları, data science və ya əlaqəli sahədə ali təhsil;
- Aİ/ML həlləri, data platformaları və ya analitik sistemlər sahəsində minimum 4 il iş təcrübəsi;
- Machine Learning, Generative AI, NLP, LLM, RAG və əlaqəli yanaşmalar üzrə bilik və təcrübə;
- Python və müvafiq Aİ/ML kitabxanaları ilə işləmə təcrübəsi;
- Məlumatların hazırlanması, keyfiyyəti, modelin qiymətləndirilməsi və tətbiqi üzrə biliklər;
- Aİ həllərinin inteqrasiyası, API-lər və mikroservis yanaşması üzrə anlayış;
- Bulud və ya on-premises Aİ yerləşdirmə modelləri üzrə təcrübə üstünlükdür;
- Aİ təhlükəsizliyi, məlumat məxfiliyi və etik istifadə prinsipləri üzrə biliklər;
- Texniki sənədləşdirmə, təhlil və tövsiyə sənədlərinin hazırlanması bacarığı;
- Mürəkkəb Aİ həllərinin biznes və dövlət kontekstində izah edilməsi bacarığı;
- Analitik düşüncə, araşdırma və problem həll etmə bacarıqları;
- Komanda ilə işləmə və effektiv kommunikasiya qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
- Dövlət sektoru, böyük həcmli məlumatlar və ya tənzimlənən sahələr üzrə təcrübə üstünlükdür.