Aparıcı iOS Developer (SwiftUI)

İşin təsviri

·   iOS platforması üçün Swift və SwiftUI texnologiyalarından istifadə edərək yüksək keyfiyyətli tətbiqlər hazırlamaq, həmçinin mövcud tətbiqləri inkişaf etdirmək və optimallaşdırmaq;

·   Layihə tələblərini dərindən analiz etmək və biznes ehtiyaclarını qarşılayacaq effektiv texniki həllər təklif etmək;

·   Krosfunksional komandalarla (dizayn, backend, məhsul) strateji əməkdaşlıq qurmaq və layihənin texniki istiqamətinə liderlik etmək;

·   Kodun təmiz, optimallaşdırılmış və sənədləşdirilmiş olmasını təmin etmək, kod baxışları aparmaq və texniki keyfiyyətə nəzarət etmək;

·   Tətbiqlərin genişləndirilə bilən, etibarlı və asan saxlanıla bilən şəkildə işləməsini təmin etmək;

·   Kodların yoxlanılması, test və debugging proseslərində iştirak edərək keyfiyyətli nəticələrin əldə olunmasına rəhbərlik etmək;

·   Tətbiqlər üçün texniki sənədləri hazırlamaq və onların dövri olaraq yenilənməsini təşkil etmək;

·   Apple-ın mobil platformaları üzrə ən son texnologiyalar, alətlər və ən yaxşı praktikalardan daim xəbərdar olmaq və komanda ilə paylaşmaq;

·   Komandadakı digər proqramçılarla aktiv təcrübə və bilik mübadiləsi aparmaq, onları yönləndirmək və mentorluq etmək.

Tələblər

Texniki Bacarıqlar:

  • Swift proqramlaşdırma dilində yüksək səviyyədə bilik və peşəkar təcrübə;
  • MVVM, VIPER və MVC arxitekturaları ilə dərin bilik və real layihə təcrübəsi;
  • SwiftUI və UIKit ilə qabaqcıl səviyyədə işləmə bacarığı;
  • CoreData ilə yüksək səviyyədə işləmə bacarığı;
  • GCD və async/await konseptləri üzrə dərin anlayış və effektiv tətbiqetmə təcrübəsi;
  • RESTful API-lərlə inteqrasiya və şəbəkə modulların hazırlanması üzrə təcrübə;
  • Git ilə komandada peşəkar işləmə təcrübəsi;
  • Dizayn patternləri üzrə güclü bilik və tətbiqetmə bacarığı;
  • Postman və digər API test alətləri ilə iş təcrübəsi;
  • Kodun testlənməsi, optimizasiyası və performans baxımından təkmilləşdirilməsi üzrə təcrübə.

Ümumi Bacarıqlar:

  • iOS proqramlaşdırma sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən aparıcı və ya senior səviyyəsində minimum 2 il təcrübə;
  • Problemlərin analitik təhlili və effektiv həll yollarının işlənib hazırlanması bacarığı;
  • Komandada liderlik və digər proqramçıları yönləndirmə bacarığı;
  • Effektiv ünsiyyət və təqdimat bacarıqları;
  • Krosfunksional komandalar arasında strateji əməkdaşlıq qabiliyyəti;
  • Agile metodologiyaları ilə iş təcrübəsi və çevik inkişaf proseslərinə töhfə vermək bacarığı.

Üstünlük verilir:

  • Combine ilə real layihə təcrübəsi;
  • Unit test və UI test yazmaq bacarığı;
  • VIPER arxitekturası ilə dərin təcrübə;
  • CI/CD proseslərinin tətbiqi və avtomatlaşdırma təcrübəsi;
  • Firebase, Crashlytics, APM və analitika alətləri ilə işləmə bacarığı.