İşin təsviri
- Məhsulun strategiyasının, yol xəritəsinin, vizyonunun və dəyər təklifinin formalaşdırılması, konsepsiyasının hazırlanması, araşdırma mərhələsinin həyata keçirilməsi və MVP meyarlarının müəyyənləşdirilməsi, nəticələrə görə başlanğıcdan sona qədər məsuliyyətin daşınması;
- Məhsul üzrə ehtiyacların və maraqlı tərəf tələblərinin müəyyənləşdirilməsi, rüblük hədəflərin müəyyən edilməsi və məhsul strategiyasının təşkilatın ümumi strategiyası və hədəfləri ilə uyğunlaşdırılmasının təmin edilməsi;
- Məhsulun backlog-unun yaradılması, prioritetləşdirilməsi (dəyər–əmək balansı əsasında), dəqiqləşdirilməsi və buraxılış planlamasının həyata keçirilməsi;
- Biznes tələblərinin istifadəçi hekayələrinə və qəbul meyarlarına çevrilməsinin, texniki komandaya dəqiq ötürülməsinin və komandanın hədəflər üzrə fəaliyyətinin koordinasiya edilməsi və icrasına nəzarətin həyata keçirilməsi;
- Dizayn və inkişaf prosesində istifadəçi-mərkəzli və vətəndaş-yönümlü yanaşmanın təmin edilməsi, istifadəçi araşdırmalarının və istifadə rahatlığı testlərinin təşkili, məhsul qərarlarının məlumat əsasında əsaslandırılmasının təmin edilməsi;
- Biznes analitik və məhsul dizayn komandaları ilə koordinasiyada davamlı təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsi;
- Məhsulun rəqəmsal strategiyalara, normativ aktlara və daxili qaydalara uyğunluğunun təmin edilməsi;
- Dəyərin maksimumlaşdırılması məqsədilə həcm və ardıcıllıq balansının qurulması və zəruri kompromis qərarlarının qəbul edilməsi;
- Çoxfunksiyalı komandaların cəlb olunduğu mürəkkəb təşəbbüslərin idarə edilməsinin və koordinasiyasının həyata keçirilməsi;
- Komandada liderlik və əməkdaşlıq mühitinin formalaşdırılması, innovativ və analitik düşüncə tərzinin tətbiq edilməsi, qeyri-müəyyən şəraitdə struktur və inam mühitinin formalaşdırılması, empatik və innovasiyanı təşviq edən iş yanaşmasının tətbiq edilməsi.
Tələblər
- Ali təhsil;
- Sahə üzrə 2-5 il arası peşəkar təcrübə (dövlət, biznes, xidmət, e-ticarət, opensource);
- Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də qanun, fərman və sərəncamlar anlayışına malik olmaq;
- G2C/G2G/G2B/ məhsullarının idarə edilməsində təcrübəyə malik olmaq;
- Texniki həlləri qavramaq və qiymətləndirmək bacarığına malik olmaq, müasir “web arxitektura” anlayışlarını başa düşmək (məsələn, mikroservislər, API və s.);
- Effektiv kommunikasiya qurmaq qabiliyyətinə sahib olmaq;
- Komanda ilə şləmə və komandanı idarəetmə bacarığı;
- Problem həll etmə və dəyişiklikləri idarəetmə bacarığı;
- Sistem analizi, Re-design və PRD sənədlərini hazırlama bacarığı;
- Agile və ya Design thinking üzrə təcrübəyə və biliklərə malik olmaq;
- Jira, Confluence və Figma kimi alətlərdən istifadə təcrübəsi.