İşin təsviri
- Əsas maliyyə hesabatlarının hazırlanması üçün tələb edilən məlumatların gündəlik işlənilməsinin təmin edilməsi;
- Agentliyin mal-material ehtiyatları ilə bağlı hesabatların hazırlanması;
- Ay ərzində anbardan məxaric edilən mal-materiallarla bağlı aylıq silinmə aktlarının tərtib edilməsi;
- Anbar qalıqlarının dövrü olaraq yoxlanılması;
- Əsas vəsaitlərin uçotunun təşkili və aylıq hesablanmış amortizasiya məbləğinin yoxlanılması;
- Nəqliyyat vasitələrinin təmiri, yanacaq sərfiyyatı ilə bağlı uçotun və sənədləşdirmənin aparılması;
- İnventarizasiya ilə bağlı işlərin təşkili, hesabatların hazırlanması və təqdim edilməsi;
- Gündəlik daxili aktlar və e-qaimələr əsasında əməliyyatların izlənilməsi və proqram təminatına əməliyyatların daxil edilməsi;
- İcrasında olan işlərlə bağlı sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi üçün tədbirlərin görülməsi
- Şöbəyə daxil olan məktubların və sorğuların vaxtında cavablandırılması;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.
Tələblər
- Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
- Maliyyə hesabatlılığı sahəsində minimum 1-3 il iş stajı;
- ACCA (FA, MA), PMS kimi sertifikatların olması üstünlükdür;
- 1C və MS Office proqramları, xüsusilə Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
- Təşəbbüskarlıq, analitik düşünmə və problem həll etmə bacarığı;
- İngilis və rus dili bilikləri üstünlük hesab olunur.