İşin təsviri
- Dövlət xidmətlərinin mövcud (As-Is) proseslərinin kompleks təhlili, sənədləşdirilməsi və proses arxitekturası səviyyəsində strukturlaşdırılması;
- Xidmət proseslərinin optimallaşdırılması, rəqəmsallaşdırılması və re-dizaynı üzrə strateji təkliflərin formalaşdırılması və prioritetləşdirilməsi;
- Xidmətlərin BPMN 2.0, habelə zəruri hallarda UML və digər modelləşdirmə standartlarına uyğun To-Be proses modellərinin hazırlanması;
- Müvafiq dövlət xidmətlərinin göstərilməsində istifadə olunan informasiya sistemlərinin, inteqrasiya mexanizmlərinin və məlumat axınlarının yüksək səviyyədə təhlil edilməsi;
- Proseslər üzrə avtomatlaşdırma, optimallaşdırma və rəqəmsal transformasiya imkanlarının müəyyənləşdirilməsi və əsaslandırılması;
- Rəqəmsallaşma təşəbbüslərinin icrası zamanı digər dövlət qurumları, texniki komandalar və maraqlı tərəflər arasında koordinasiyanın təşkili və idarə edilməsi;
- Texniki və analitik məlumatların rəhbərlik və qeyri-texniki maraqlı tərəflər üçün aydın, strukturlaşdırılmış və qərarverməni dəstəkləyən formatda təqdim edilməsi;
- Müxtəlif xidmətlər üzrə funksional tələblərin, istifadəçi ssenarilərinin (Use Case, User Story) və biznes qaydalarının hazırlanmasına metodoloji rəhbərlik edilməsi;
- BRD, FRD, SRS və digər normativ-texniki sənədlərin hazırlanması prosesinə nəzarət və keyfiyyət təminatı;
- Rəhbərliyin tapşırıqlarına uyğun olaraq analitik araşdırmaların aparılması, nəticələrin ümumiləşdirilməsi və təqdim edilməsi;
- Komanda üzvlərinə metodoloji dəstəyin göstərilməsi, bilik ötürülməsi və analitik yanaşmaların standartlaşdırılması.
Tələblər
- Ali təhsil;
- Vəzifə üzrə 3-4 il iş təcrübəsi;
- Yüksək səviyyədə analitik və tənqidi düşüncə, mürəkkəb problemlərin strukturlaşdırılmış şəkildə həlli bacarığı;
- Biznes analitika və proses modelləşdirmə sahəsində dərin təcrübə (BPMN 2.0, UML, proses xəritələri, user flow-lar);
- Dövlət xidmətlərinin rəqəmsal transformasiyası çərçivəsində As-Is / To-Be modellərinin, xidmət xəritələrinin və istifadəçi axınlarının hazırlanması;
- BRD, FRD, SRS və analoji texniki-analitik sənədlərin hazırlanması;
- Texniki biliklər: proqram təminatı arxitekturası anlayışları, verilənlər bazası strukturları, API dizaynı və inteqrasiya prinsipləri, UI/UX əsasları və istifadəçi mərkəzli dizayn yanaşmaları;
- Jira, Confluence, Figma və ya analoji alətlərlə yüksək səviyyədə işləmək bacarığı;
- Azərbaycan dili – əla, İngilis dili – yaxşı səviyyədə (texniki sənədlərlə işləmək qabiliyyəti).