İşin təsviri
- Dövlət xidmətlərinin cari proseslərinin təhlili və sənədləşdirilməsi;
- Xidmət proseslərinin optimallaşdırılması və rəqəmsallaşdırılması üzrə təkliflərin verilməsi və strukturlaşdırılması;
- Xidmət proseslərinin BPMN (Business Process Model and Notation) standartına uyğun modelləşdirilməsi;
- Müvafiq xidmətlərin göstərilməsində istifadə olunan informasiya sistemlərinin əsas iş prinsiplərinin öyrənilməsi;
- Optimallaşdırma və avtomatlaşdırma imkanlarının araşdırılması;
- Rəqəmsallaşma təşəbbüslərinin həyata keçirilməsi zamanı digər dövlət qurumları ilə əməkdaşlıq və koordinasiya;
- Texniki məlumatları qeyri-texniki maraqlı tərəflərə aydın və başa düşülən şəkildə kommunikasiya etmək;
- Müxtəlif xidmətlər üzrə funksional tələblərin və istifadəçi ssenarilərinin hazırlanması;
- Rəhbərliyin tapşırıqlarına uyğun olaraq araşdırmaların aparılması və nəticələrin təqdim edilməsi;
- Komanda daxili metodoloji dəstəyin göstərilməsi və bilik ötürülməsi.
Tələblər
- Analitik və tənqidi düşüncə qabiliyyəti, problem həll etmə bacarığı;
- Biznes analitika və proses modelləşdirmə vasitələri (BPMN, UML və s.) üzrə təcrübə;
- Rəqəmsal transformasiyaya uyğun “As-is”, “To-Be” modellərini, proses xəritələrini və istifadəçi axınlarının hazırlanması;
- FRD/BRD, SRS kimi sənədlərin hazırlanması;
- Texniki biliklər: proqram təminatı arxitekturası, verilənlər bazası , API dizaynı və inteqrasiyası, UI/UX prinsipləri haqqında biliklərin olması;
- Jira, Confluence, Figma və ya analoji alətlərin istifadəsi;
- Azərbaycan dili (əla səviyyədə), İngilis dili (yaxşı səviyyədə).