İnformasiya təhlükəsizliyinin tədrisi üzrə Mentor (Red Team)

İşin təsviri

  • Müəllimlər və tələbələr arasında effektiv ünsiyyətin təmin edilməsi məqsədilə əlaqələndirici şəxs kimi çıxış etmək;
  • Kursla bağlı yeniləmələri, elanlar və gözləntilərin aydın və vaxtında çatdırılmasını təmin edərək müəllimlər və tələbələr arasında əsas əlaqə nöqtəsi kimi çıxış etmək;
  • Müəllimlərə tələbələrin unikal ehtiyaclarını və problemlərini anlamaqda dəstək göstərmək, onlara tələbələrin iştirakının təmin edilməsi və dərsin anlaşıqlığının maksimum dərəcədə artırılması üçün öz tədris yanaşmalarını uyğunlaşdırmağa dəstək göstərmək;
  • Fəal öyrənməni təşviq etməklə, müzakirələri asanlaşdırmaqla və tələbə sorğularını və narahatlıqlarını həll etməklə tələbələrin dərslərdə aktiv iştirakını təmin etmək;
  • Tələbələrin tədris prosesində inkişafını izləmək, dərslərdə çətinlik çəkən tələbələri müəyyən edərək lazımi dəstək və resurslarla təmin etmək;
  • Müəllimlər və tələbələrdən alınan rəylər əsasında kursun strukturunun, məzmununun və tədris metodologiyasının təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Tələbələrin real ssenarilər əsasında bacarıqlarını inkişaf etdirmək üçün Red Team praktiki tapşırıqların və simulyasiyaların həyata keçirilməsində yaranan sualların cavablandırılması;
  • Tələbələrə hücumçu (offensive) təhlükəsizlik texnikalarında real təcrübə ilə təmin etmək məqsədilə nüfuzetmə test laboratoriyalarının qurulmasında və testlərin keçirilməsində kömək etmək;
  • Red Team əməliyyatlarında istifadə olunan kibertəhlükəsizlik alətləri və texnologiyalarından, məsələn, nüfuzetmə testi çərçivələri və zəiflik skanerləri kimi alətlərdən istifadə zamanı yaranan çətinliklərlə bağlı tələbələrə kömək etmək;
  • Müəllimlərin lazımi tədris resursları ilə və tələbələrin dərs materialları ilə təmin olunması üçün kurs administratorları ilə əməkdaşlıq etmək;
  • Davamlı inkişafın təmin edilməsi məqsədilə müəllimlərin performansının və tələbələrin nəticələrinin qiymətləndirilməsi prosesində iştirak etmək;
  • Müəllimlər, tələbələr və inzibati heyət arasında düzgün koordinasiyanın qurulması məqsədilə kurs koordinatoru və digər mentorlarla sıx əməkdaşlıq etmək.

Tələblər

  • Red Team əməliyyatları, nüfuzetmə testi və hücumçu (offensive) təhlükəsizlik texnikalarına diqqət yetirməklə kibertəhlükəsizlik sahəsində geniş bilik və təcrübə;
  • Tədris, treyninq və ya mentorluq üzrə təcrübə,;
  • Müəllimlər və tələbələr arasında effektiv qarşılıqlı əlaqənin təmin edilməsi üçün yüksək səviyyədə kommunikasiya bacarıqlarına malik olmaq;
  • Red Team əməliyyatlarında istifadə olunan kibertəhlükəsizlik alətləri, texnikaları və metodologiyaları haqqında biliklərə sahib olmaq;
  • Müxtəlif bilik və bacarıq səviyyələrinə malik tələbələrə səbrlə yanaşmaq;
  • Müəllimlər və tələbələr arasında qarşılıqlı əlaqənin, vaxt cədvəllərinin və kursla bağlı fəaliyyətin effektiv idarə olunması məqsədilə yüksək səviyyədə təşkilati bacarıqlara malik olmaq;
  • Müəllimlər, tələbələr və inzibati heyətlə əməkdaşlıq bacarığı;
  • Kursun məzmununun zənginləşdirilməsi məqsədilə ən son kibertəhlükəsizlik trendləri və yeniliklər barədə araşdırmağa meylli olmaq.