İşin təsviri
- Dövlət layihələri və təşəbbüsləri üzrə infrastruktur arxitekturasının qiymətləndirilməsi və istiqamətləndirilməsi;
- Bulud, hibrid və on-premises mühitlər üçün vahid yanaşma və prinsiplərin formalaşdırılması;
- Hökumət Buludunun təkmilləşdirilməsi üzrə təklif və həllərin hazırlanması;
- Layihələrdə təqdim olunan infrastruktur dizaynlarının tələblərə uyğunluğunun qiymətləndirilməsi;
- Yüksək əlçatanlıq və fəlakətdən bərpa yanaşmaları üzrə ümumi standartların hazırlanması;
- Mərkəzi komponentlərin və platformaların infrastruktur arxitekturasının hazırlanması;
- Monitorinq, loglama və müşahidəolunurluq üzrə minimum tələblərin müəyyənləşdirilməsi;
- İnfrastruktur resurslarından səmərəli istifadə və əməliyyat xərclərinin optimallaşdırılması üzrə tövsiyələrin verilməsi;
- Vendor lock-in risklərinin azaldılması üçün yanaşmaların hazırlanması;
- İnfrastruktur uyğunluğu üzrə minimum tələblərin və yoxlama siyahılarının formalaşdırılması;
- Texnoloji yeniliklərin izlənilməsi və infrastruktur/platforma radarının yenilənməsi;
- Dövlət qurumlarına infrastruktur və platforma arxitekturası üzrə metodoloji və əməli dəstək göstərilməsi.
Tələblər
- İnformasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil;
- İnfrastruktur, sistem və ya platforma arxitekturası sahəsində 5+ il iş təcrübəsi;
- Bulud, hibrid və on-premises infrastrukturların layihələndirilməsi və idarə olunması üzrə təcrübə;
- Virtualizasiya, konteynerizasiya və orkestrasiya texnologiyaları üzrə bilik və təcrübə;
- Docker, Kubernetes və əlaqəli infrastruktur komponentləri üzrə praktik bilik;
- Şəbəkə, təhlükəsizlik, yük balanslama, yüksək əlçatanlıq və fəlakətdən bərpa həlləri üzrə biliklər;
- Monitorinq, loglama və observability alətləri ilə işləmə təcrübəsi;
- Linux serverləri, avtomatlaşdırma və infrastrukturun kod kimi idarə olunması yanaşmaları üzrə biliklər;
- Bulud platformaları üzrə biliklər üstünlükdür;
- İnfrastruktur dizaynı, texniki sənədləşdirmə və yoxlama yanaşmaları üzrə təcrübə;
- Vendor lock-in riskləri, miqyaslana bilmə və resurs optimallaşdırılması məsələləri üzrə anlayış;
- Analitik düşüncə, problem həll etmə və sistemli yanaşma bacarığı;
- Komanda ilə işləmə və müxtəlif maraqlı tərəflərlə koordinasiya qurmaq qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
- Dövlət sektoru və ya iri miqyaslı infrastruktur layihələrində təcrübə üstünlükdür.