İşin təsviri
- İşə qəbul prosesi çərçivəsində müsahibələrin koordinasiyası və inzibati dəstəyin göstərilməsi;
- Yeni əməkdaşların adaptasiya prosesinin icrasına və izlənilməsinə köməklik göstərilməsi;
- Təlim və inkişaf layihələrinin, daxili seminarların təşkilatçılıq işlərində iştirak;
- Daxili kommunikasiya prosesləri və korporativ tədbirlərin təşkilinə dəstək;
- Görülən işlər barədə mütəmadi hesabatlılığın təmin edilməsi.
Tələblər
- İnsan resursları, idarəetmə və ya bənzər sahələrdə təhsil alan və ya yeni məzun;
- İR sahəsində nəzəri biliklərini praktikada tətbiq etməyə həvəsli;
- Aydın fikir ifadə etmək və pozitiv ünsiyyət qurmaq bacarığı;
- Öyrənməyə açıq, dinamik mühitə uyğunlaşan və nəticəyönümlü;
- MS Office alətlərindən (Excel, PowerPoint) yaxşı istifadə edə bilən;
- Azərbaycan dili sərbəst, ingilis dili biliyinin yaxşı səviyyədə olması;
- İT ekosistemi və texnologiya dünyasına maraq.