İnzibati işlər üzrə elektrik

İşin təsviri

  • Elektrik infrastrukturunu və elektrik sayğacına nəzarətdə saxlaması,
  • Daxili elektrik təchizat sistemlərinin quraşdırılması, istismarı, təmiri və diaqnostikasını həyata keçirməsi,
  • Agentliyin balansında olan ərazilərdə işıqlandırmanın və elektrik şəbəkəsinin işlək vəziyyətdə olmasına gündəlik nəzarət etməsi və yaranmış nasazlıqları aradan qaldırmaq üçün tədbirlər planı hazırlaması,
  • Havalandırma və kondensioner sistemlərinə nəzarət etməsi və yaranmış problemləri aradan qaldırmaq üçün müvafiq tədbirlər görməsi,
  • Ümumi elektrik şəbəkəsində yanğın təhlükəsizliyi və görülən bütün işlər zamanı təhlükəsizlik qaydalarına riayət etməsi,
  • Elektriklə işləyən avadanlıqlara nəzarət, onların daim saz vəziyyətdə olmasının təmini və ehtiyac olduğu təqdirdə onları təmirini həyata keçirməsi,
  • Generatorun daim saz vəziyyətdə olmasına nəzarət etməsi və prosedura uyğun olaraq generatorun test rejimində işlə salınması, həmçinin yanacaq səviyyəsinin qorunmasını təmin etməsi,
  • Anbarda ehtiyyat elektrik mallarının olmasına nəzarət etməsi və ehtiyac olduğu təqdirdə sifariş olunmasını üçün tədbirləri həyata keçirməsi,
  • Liftlərin və turniketlərin təhlükəsiz işləməsinə nəzarət etməsi prosedura uyğun təmir işlərin görülməsini və aylıq texniki baxışın həyata keçirilməsini təşkil edilməsi,
  • Bölmənin fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirməsi.

Tələblər

  • Müvafiq sahədə minimum orta ixtisas dərəcəsi, ali təhsili olan namizədlərə üstünlük verilir,
  • Müvafiq sahə üzrə ən azı 3 il iş stajı,
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma vərdişləri.