İnzibati işlər üzrə sürücü

İşin təsviri

  • Agentliyin balansında olan nəqliyyat vasitələrinin təyinatı üzrə idarə etməsi,
  • İstifadə etdiyi nəqliyyat vasitələrində texniki problemlər yaranan zaman dərhal kordinatoruna məlumat verməsi və təmir prosesinin keyfiyyətlə təşkil olunmasına nəzarət etməsi,
  • Agentlik tərəfindən təhkim olunmuş avtomobilin təmiz və səliqəli saxlanılmasına nəzarət etməsi,
  • Sərnişinlərin təyinat yerinə rahat və təhlükəsiz çatdırılmasını təmin etməsi,
  • İdarə etdiyi nəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə riayət etməsi,
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün Agentliyin təsdiq etdiyi yol vərəqələrinin, habelə təqdim olunmuş nəqliyyat vasitələrinin sənədlərinin və yanacaq kartlarıntəhlükəsizliyini təmin etməsi,
  • Bölmənin fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirməsi.

Tələblər

  • Tam orta təhsil dərəcəsi,
  • Təhkim ediləcək nəqliyyat vasitəsini idarə etmək üçün B katiqoriyalı sürücülük vəsiqəsi (D katiqoryalı sürücülərə üstünlük verilir),
  • Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi,
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma vərdişləri.