İşin təsviri
- İT layihələrində maraqlı tərəflərlə (stakeholder) görüşlər keçirmək və “DoR” (başlanğıc üçün tələblər) müəyyənləşdirmək;
- İT layihələrinin tələblərini toplamaq, texniki tapşırıqlar hazırlamaq və texniki komandaya ötürmək;
- Mövcud biznes proseslərini və rəqəmsal məhsulları təhlil edərək onların optimallaşdırılması və avtomatlaşdırılması üçün həllər təklif etmək;
- Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak etmək;
- Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərdə məlumatların düzgün əks etdirilməsi və proseslərin mapping-ı (flow chart-ların hazırlanması);
- Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif etmək;
- Sistem dizaynı tələblərini müəyyənləşdirmək və dizayn proseslərində iştirak etmək.
Tələblər
- Minimal təcrübə tələbi: arzuolunandır;
- Yüksək səviyyədə analitik düşüncə və problem həll etmə bacarığı;
- Minimum “Intermediate” səviyyəsində İngilis dili;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Figma, Jira, Confluence kimi alətlərlə təcrübə;
- Sistem dizaynı biliklərinin olması vacibdir;
- BPMN, UML kimi modelləşdirmə dilləri üzrə yüksək səviyyədə bilik;
- Postman və/və ya Swagger kimi alətlərlə işləmə bacarığı;
- BRD, FRD, SRS sənədlərini tərtib etmək bacarığı;
- AI və Generative AI alətlərindən istifadə edərək analiz fəaliyyətlərinin dəstəklənməsi, AI əsaslı funksionallıqlar üzrə ilkin tələblərin formalaşdırılması və AI həllərinin biznes proseslərinə tətbiq imkanlarının müəyyən edilməsi bacarığı üstünlükdür;
- Sistem və tətbiq loglarını oxumaq, əsas hadisələri və xətaları müəyyən etmək, problemlərin ilkin təhlilini apararaq texniki komandaya düzgün şəkildə eskalasiya etmək bacarığı üstünlükdür;
- Agile/Scrum və ya Waterfall metodologiyalarına dair biliklər üstünlükdür;
- İxtisas üzrə beynəlxalq sertifikatlar üstünlük təşkil edir.