Kibertəhlükələr üzrə Analitik

İşin təsviri

  • Forumlar, mesajlaşma platformaları, saxta saytlar və digər onlayn mənbələrdəki kibertəhlükə izlərinin araşdırılması;
  • Platformada avtomatik şəkildə aşkar edilən hallar üzrə dəyərləndirmə aparilması, yanlış pozitivləri filtrasiya edilməsi və təsdiqlənmiş təhdid nümunələrinin çıxarilması;
  • Yeni və mövcud zərərli proqram nümunələrinin davranış və struktur baxımından öyrənilməsi;
  • Sosial mediada və ya Dark Web-də aşkarlanmış saxta hesablar, fişinq domenləri və digər təhdidlərin arxasında duran motivasiyaların araşdırılması;
  • Zərərli kontentlərin aradan qaldırılması üçün hüquqi və texniki takedown mexanizmlərinin təşkili və izlənməsi;
  • Təhlil və hesabat əməliyyatlarını sürətləndirmək üçün skriptlər və avtomatlaşdırma alətlərinin yazılması və tətbiq olunması;
  • Kənar və daxili mənbələrdən əldə edilmiş məlumatları araşdıraraq analitik nəticələri məhsula və müştəri interfeyslərinə ötürülməsi;
  • Simulyasiya edilmiş hücumlarla sistemin müdafiə səviyyəsini ölçülməsi və zəif cəhətləri aşkarlanması;
  • Tapıntıların müxtəlif formatlarda — texniki sənədlər, bloq məqalələri və ya icmal brifinqlərində — paylaşılması;
  • Müştərilərlə keçirilən görüşlərdə, aşkar edilmiş halların əhəmiyyəti və təsirləri haqqında aydın və əsaslandırılmış izahatlar təqdim edilməsi;
  • Yeni yaranan zəiflikləri (xüsusilə 0-day növləri) izlənməsi, ilkin təsir analizləri aparilması və risk səviyyəsinin təyin edilməsi.

Tələblər

  • Kibertəhlükəsizlik və ya informasiya texnologiyaları sahəsində minimum 2 illik peşəkar təcrübə;
  • OSINT alətləri və araşdırma texnikaları üzrə praktiki bilik;
  • Hücum texnikaları və müdafiə modelləri ilə (MITRE ATT&CK, kill chain və s.) tanışlıq;
  • DNS, HTTP, TCP/IP, WHOIS və oxşar əsas şəbəkə texnologiyalarını anlama bacarığı;
  • Python, Bash və ya digər skript dillərində təcrübə;
  • Threat Intelligence platformalarında işləmə təcrübəsi;
  • Analitik hesabatların yazılması və nəticələrin aydın şəkildə təqdim edilməsi bacarığı;
  • Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı.