Kibertəhlükəsizliyin tədrisi üzrə mentor (Blue team)

İşin təsviri

  • Ekspert kibertəhlükəsizlik fənlərinin praktiki tədrisi, laboratoriya və simulyasiya mühitlərinin qurulması, CTF ssenarilərinin dizaynı və icrası, SIEM/SOC alətləri üzrə təlimlər, habelə imtahan və qiymətləndirmə proseslərinin idarə edilməsi üzrə məsuliyyət daşıyacaq. Vəzifə dərin texniki hazırlıqla yanaşı, güclü pedaqoji, təşkilati və kommunikasiya bacarıqları tələb edir;
  • Kibertəhlükəsizlik fənlərinin praktiki tədrisini həyata keçirmək və tələbələrin bilik boşluqlarının aradan qaldırılmasına (Gap Closure) dəstək göstərmək;
  • Hands-on laboratoriya sessiyalarını hazırlamaq, texniki mühiti qurmaq və sessiyaları aparmaq;
  • CyWaria və Cyber Range platformalarında CTF ssenarilərini dizayn etmək, konfiqurasiya etmək və icrasını təmin etmək;
  • SIEM/SOC alətləri (Splunk, Wazuh, QRadar və s.) üzrə praktiki təlimlər keçirmək;
  • Hücum (Red Team) və müdafiə (Blue Team) texnikalarının nümayişini və praktiki tətbiqini təşkil etmək;
  • İmtahan mühitini qurmaq, qiymətləndirmə prosesini aparmaq və rəy (feedback) dövrlərini idarə etmək;
  • Vendor məhsulları üzrə təlim proqramlarını hazırlamaq və tədris etmək;
  • Tədris fəaliyyətinə dair sənədləşdirmə, hesabatlılıq və monitorinq proseslərində iştirak etmək.

Tələblər

  • İnformasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahələr üzrə ali təhsil və ya müvafiq sahə üzrə beynəlxalq sertifikasiya;
  • Kibertəhlükəsizlik sahəsində ən azı 1 il praktiki iş təcrübəsi (tədris və ya təlim təcrübəsi arzuolunandır);
  • SIEM/SOC alətlərindən (Splunk, Wazuh, QRadar və s.) ən azı biri üzrə praktiki iş bacarığı;
  • Red Team və Blue Team metodologiyaları, şəbəkə təhlükəsizliyi və virtual laboratoriya mühitləri üzrə praktiki biliklər;
  • Azərbaycan dilində səlis bilik; ingilis dilində texniki sənədlərlə işləmək və peşəkar ünsiyyət qurmaq bacarığı — B2 (Upper-Intermediate) səviyyəsi üstünlükdür, minimum B1;
  • Güclü təqdimat, auditoriya idarəetmə və komanda ilə iş bacarıqları;
  • Kurikulum və sillabus dizaynında iştirak; pedaqoji/instruksional metodikaların hazırlanmasına dəstək; kibertəhlükəsizlik fənn ekspertizası; qiymətləndirmə və rəy metodologiyası; auditoriyanın idarə olunması;
  • SIEM/SOC alətləri (Splunk, Wazuh, QRadar və s.); CTF dizaynı; Cyber Range / CyWaria platformaları; virtual laboratoriya və simulyasiya mühitinin qurulması; hands-on və Red/Blue Team praktikası; şəbəkə təhlükəsizliyi;
  • Proses və prosedur idarəetməsi altında işləmək; sənədləşdirmə və hesabatlılıq; nəzarət/monitorinq; imtahan administrasiyası; əməliyyat koordinasiyası;
  • Tələbə və komandalarla kommunikasiya; tədbir koordinasiyası; rəy toplanması; təqdimat bacarıqları;
  • Data təhlili və hesabat hazırlama; bazar və tələb araşdırması; elmi-texniki yazı; tədris materiallarının uyğunluq qiymətləndirməsi;
  • Beynəlxalq sertifikatlardan biri və ya bir neçəsi: CompTIA Security+, CompTIA CySA+ (Cybersecurity Analyst+), CSAP (CompTIA Security Analytics Professional), SAL1 (Security Analyst Level 1), BTL1 (Blue Team Level 1), eCIR (INE Certified Incident Responder) və ya Cyber Security Train The Trainer proqramı;

Aşağıda qeyd edilən tələblərin namizddə olması arzuolunandır:

  • Beynəlxalq səviyyədə CTF yarışlarında iştirak, ssenari hazırlama və ya təşkilatçılıq təcrübəsi;
  • Beynəlxalq səviyyədə Cyber Range, CyWaria və oxşar simulyasiya platformalarında iş təcrübəsi;
  • Beynəlxalq səviyyədə kurikulum, sillabus və tədris materiallarının hazırlanması təcrübəsi;