İşin təsviri
- Məhsulun vizyonunun və dəyər təklifinin formalaşdırılması, strategiyasının təşkilatın ümumi hədəfləri ilə uyğunlaşdırılmasının təmin edilməsi və nəticələrə görə başlanğıcdan sona qədər məsuliyyətin daşınması;
- Maraqlı tərəflər, komanda və e-hökumət ekosistemi ilə davamlı əməkdaşlığın qurulması, vətəndaş-mərkəzli və həll-yönümlü yanaşmanın təmin edilməsi;
- Dizayn və inkişaf prosesində istifadəçi-mərkəzli yanaşmanın tətbiq edilməsi, istifadəçi araşdırmalarının və istifadə rahatlığı testlərinin təşkili, qərarların məlumat və nəticələrə əsaslandırılmasının təmin edilməsi;
- Biznes tələblərinin istifadəçi hekayələrinə və qəbul meyarlarına çevrilməsi, backlog-un prioritetləşdirilməsi və buraxılış planlamasının həyata keçirilməsi;
- Məhsulun rəqəmsal strategiyalara, normativ aktlara və daxili qaydalara uyğunluğunun təmin edilməsi, milli rəqəmsal strategiyalar və e-hökumət çərçivələri üzrə biliklərin tətbiq edilməsi;
- Dəyərin maksimumlaşdırılması məqsədilə həcm və ardıcıllıq balansının qurulması, zəruri kompromis qərarlarının qəbul edilməsi;
- Çoxfunksiyalı komandaların cəlb olunduğu mürəkkəb təşəbbüslərin idarə edilməsi, liderlik və əməkdaşlıq mühitinin formalaşdırılması, qeyri-müəyyən şəraitdə struktur və inam mühitinin yaradılması;
- Yenilikçi və analitik düşüncə tərzinin tətbiq edilməsi, dəyişikliklərin təşviq edilməsi, empatik və daxili motivasiyaya əsaslanan yanaşmanın nümayiş etdirilməsi.
Tələblər
- Ali təhsil;
- 1–2 il məhsul inkişafı üzrə təcrübə (dövlət, biznes, xidmət, e-ticarət, opensource);
- Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də qanun, fərman və sərəncamlar anlayışına malik olmaq;
- G2C/G2G/G2B məhsullarının idarə edilməsində təcrübəyə malik olmaq;
- Daha kiçik və ya daha az mürəkkəb məhsullar və ya funksionallıqlar üzərində işləmək;
- Texniki həlləri qavramaq və qiymətləndirmək bacarığına malik olmaq, müasir veb arxitektura anlayışlarını başa düşmək (məsələn, mikroservislər, API və s.);
- Effektiv kommunikasiya qurmaq qabiliyyətinə sahib olmaq;
- Məhsul backlog-una sahib çıxmaq və funksionallıqları təsir və mümkünlük əsasında prioritetləşdirmək;
- Stakeholder idarəçiliyi və ünsiyyət bacarıqları;
- Komandada işləmə və komandanı idarəetmə bacarığı;
- Problem həll etmə və dəyişiklikləri idarəetmə bacarığı;
- Sistem analizi, Re-design və PRD sənədlərini hazırlama bacarığı;
- Agile və ya Design thinking üzrə təcrübəyə və biliklərə malik olmaq;
- Jira, Confluence və Figma kimi alətlərdən istifadə təcrübəsi.