İşin təsviri
- İnnovasiya siyasəti sahəsində qəbul edilmiş normativ hüquqi aktların və strateji sənədlərin icrasının monitorinqi və qiymətləndirilməsi;
- İnnovasiya, süni intellekt və İKT sahəsində elmi tədqiqatların artırılması və kommersiyalaşdırılması üzrə göstəricilərin izlənilməsi;
- Qlobal İnnovasiya İndeksinin fəaliyyət planı irəli gələn bütün bəndlər üzrə icrasının monitorinqi və qiymətləndirilməsi;
- Özəl sektorun İKT infrastruktur layihələrinə investisiya qoyuluşunun monitorinqi və təşviq tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;
- Proqram təminatı xərclərinin ÜDM-də payı və digər əsas performans göstəricilərinin izlənilməsi və hesabatların hazırlanması;
- Fəaliyyət planlarının icra vəziyyəti üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Monitorinq metodologiyasının inkişaf etdirilməsi və məlumat toplama proseslərinin təkmilləşdirilməsi;
- Struktur bölmələri ilə əməkdaşlıq edərək performans göstəricilərinin vaxtında və dəqiq toplanmasının təmin edilməsi;
- Rəhbərliyin tapşırığı ilə şöbənin fəaliyyət istiqamətləri üzrə digər vəzifələrin yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, statistika, dövlət idarəetməsi, sosial elmlər və ya əlaqəli sahələrdə);
- Sahə üzrə minimum 2 il iş stajı (monitorinq, qiymətləndirmə, analitika və ya əlaqəli sahədə);
- Məlumatların toplanması, təhlili və vizuallaşdırılması bacarıqları;
- MS Excel, Power BI və ya oxşar analitik alətlərdə təcrübə;
- Dəqiqlik, diqqətlilik və nəticəyönümlü yanaşma;
- Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili – yaxşı səviyyədə.