İşin təsviri
- İstifadəçinin bütün əlaqə nöqtələrini, təcrübələrini və qarşılaşmalarını izləyərək müştəri səyahətlərini xəritələşdirmək;
- İstifadəçi rəylərini toplamaq, izləmək və təhlil etmək; toplanan məlumatlara əsaslanaraq daxili inkişaflar təklif etmək və müştəri təcrübəsi performansını qiymətləndirmək üçün CSAT kimi ölçümləri izləmək;
- Müştəri xidməti rəhbərləri və digər müştəri ilə birbaşa əlaqə quran komandalarla müntəzəm ünsiyyət qurmaq və marka təcrübəsində mövcud boşluqları və imkanları müəyyənləşdirmək,
- İstifadəçi ehtiyaclarını müəyyənləşdirərək müsbət təcrübələri qorumaq üçün proaktiv addımlar atmaq və müştəri təcrübəsini artırmaq məqsədilə müvafiq tədbirlər görmək;
- Məhsul testlərini aparmaq və isfadəyə verilmə sonrası dəstək xidmətlərini qiymətləndirərək inkişafları asanlaşdırmaq;
- İstifadəçi davranışı əsasında xidmətlərin və məhsulların təhlilini aparmaq və təkliflər hazırlamaq;
- Müştəri toxunma nöqtələrində xidmət keyfiyyətinin ardıcıl olaraq yaxşılaşdırılması üçün ssenarilər hazırlamaq;
- Şirkətin əsas KPI-larını izləmək, zəif nöqtələri müəyyənləşdirmək və bu barədə rəhbərliyə məlumat vermək;
- Müştəri təcrübəsi sahəsindəki son trend və yenilikləri izləmək, tətbiq etmək və şirkətə uyğunlaşdırmaq;
- Müştəri xidmətləri komandası ilə sıx əməkdaşlıq edərək müştərilərin qarşılaşdığı çətinliklərin həllinə yönəlmiş effektiv addımlar atmaq.
Tələblər
- Ali təhsil;
- Müştəri təcrübəsi, müştəri xidməti və ya əlaqəli sahələrdə ən azı 1-2 il iş təcrübəsi;
- Azərbaycan, İngilis, Rus dilində ünsiyyət bacarıqları;
- Microsoft Office proqramlarında yüksək səviyyədə biliklər (Word, Excel, PowerPoint);
- Çətin vəziyyətlərdə effektiv işləmək və düzgün qərarlar qəbul etmək bacarığı;
- Yeni həllər və təşəbbüslər irəli sürmək bacarığı;
- Tədbirləri və resursları düzgün planlaşdırmaq və təşkil etmək bacarığı;
- Müştəri rəylərini təhlil edərək əməliyyatları optimallaşdırmaq bacarığı.