İşin təsviri
• Şöbə müdiri və qrup rəhbərinin göstərişi əsasında ixtisasına uyğun təhlillərin aparılması və tapşırıqlarının icrası;
• Elmi-tədqiqat işlərində alınmış nəticələrin işlənilməsi və xüsusi proqram təminatlarının köməyi ilə modelləşdirilməsi ;
• Detektorlar, sensorlar və məlumatların toplanması sistemləri daxil olmaqla, radiasiya monitorinq sistemlərini layihələndirməsi və inkişaf etdirilməsi, onların təhlükəsizlik və tənzimləmə standartlarına cavab verməsini təmin edilməsi;
• Nüvə və radioaktiv materialların analizi və sahədə radioloji ölçmələrin aparılması, nəticələrin emalı, təhlili və hesabatların hazırlnması;
• Elmi-tədqiqat işlərinin və habelə radioloji və radioekoloji ölçmə nəticələrinin data analizi, info qrafik hazırlanması;
• İşlənilmiş ölçmə nəticələrini rəhbərliyə təqdim etmək.
Tələblər
Tələb Olunan Bacarıqlar:
- Nüvə fizikasının əsas anlayışlarını bilmək;
- Talys simulyasiya proqramında işləmək bacarığı;
- Root proqramlaşdırma paketində işləmə bacarığı;
Dil bilikləri:
- Azərbaycan dilində sərbəst;
- İngilis və Rus dillərində kafi səviyyəli danışıq və yazı qabiliyyəti;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Fizika üzrə ali təhsil;
- İş stajı 1-2 il;
- Fiziki proseslərin modelləşdirilməsi üçün simulyasiya proqramlarını öyənmək istəyi;
- Komandada işləmə, İşgüzar, təşəbüskar, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, aktivlik, çeviklik və məsuliyyətlilik, Agentliyin missiyasına sadiqlik.