İşin təsviri
- Elmi-tədqiqat proqramlarının və iş planlarının hazırlanması, müvafiq eksperimental və analitik metodların seçilməsi, mürəkkəb elmi-texniki problemlərin həlli yollarının müəyyənləşdirilməsi;
- Eksperimental nəticələrin təhlili, ümumiləşdirilməsi və əldə olunan elmi nəticələrin praktiki tətbiq imkanlarının qiymətləndirilməsi;
- Nüvə və neytron fizikası, nüvə spektroskopiyası, radiasiya fizikası, detektor texnologiyaları, materialşünaslıq və digər əlaqəli sahələr üzrə tədqiqatlarda birbaşa iştirak;
- Qabaqcıl yerli və beynəlxalq elmi-texniki məlumatların təhlili və yeni tədqiqat istiqamətləri üzrə təkliflərin hazırlanması;
- Departament tərəfindən həyata keçirilən yerli və beynəlxalq layihələrdə məsul icraçı kimi iştirak etmək;
- Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Ukraynanın Elm və Texnologiya Mərkəzi (STCU), Avropa Birliyi, Elm Fondu və digər tərəfdaş qurumlarla birgə həyata keçirilən layihələrdə elmi-texniki tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək;
- Digər elmi təşkilatlarla birgə aparılan işlərin əlaqələndirilməsində iştirak etmək;
- Layihə nəticələrinin təhlil edilməsi və müvafiq hesabatların, analitik materialların, elmi məqalələrin və təqdimatların hazırlanması;
- Agentliyi yerli və beynəlxalq elmi tədbirlərdə təmsil etmək;
- Nüvə və radiasiya təhlükəsizliyi üzrə qüvvədə olan norma və tələblərə qəti riayət etmək;
- Sahə üzrə əməkdaşların elmi-peşəkar inkişafını dəstəkləmək və elmi təcrübəni komanda ilə bölüşmək.
Tələblər
- Müvafiq istiqamət üzrə tam ali təhsil;
- Minimum fəlsəfə doktoru elmi dərəcəsi;
- Nüvə və radiasiya fizikası və ya əlaqəli sahədə minimum 10 il iş və elmi-tədqiqat təcrübəsi;
- Nüvə və radiasiya fizikası üzrə yüksək nəzəri, praktiki və texniki biliklər;
- Elmi-tədqiqat işlərinin planlaşdırılması, təşkili və nəticələrin təhlili bacarığı;
- Nüvə və radiasiya təhlükəsizliyi üzrə norma və standartlar barədə biliklər;
- Nüvə və radiasiya fizikası üzrə ən azı 10 yerli və/və ya beynəlxalq elmi tədbirdə iştirak təcrübəsi;
- Elmi və elmi-texniki hesabatların hazırlanması bacarığı;
- Yerli və beynəlxalq elmi layihələrdə iştirak və əməkdaşlıq bacarığı;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili üzrə minimum B2 səviyyəsi (rus dili biliyi arzuolunandır);
- MS Office proqramlarından istifadə bacarığı;
- Təşkilatçılıq, təşəbbüskarlıq, qərarvermə, problem həll etmə və müstəqil işləmə bacarıqları.
Qeyd: Vəzifə funksiyalarından irəli gələn tələblərin icrası məqsədilə xarici ölkələrdə uzunmüddətli ezamiyyətlərdə olmaq nəzərdə tutulur.