İşin təsviri
- Layihələrin icra vəziyyətinin müntəzəm monitorinqinin aparılması;
- Layihə planları, yol xəritələri və vaxt cədvəlləri üzrə icranın izlənməsi və nəzarət edilməsi;
- Layihələr üzrə əsas fəaliyyət göstəricilərinin (KPI) müəyyənləşdirilməsi və icrasının izlənməsi;
- Gecikmələrin, risklərin və icra problemlərinin vaxtında müəyyən edilməsi və eskalasiyası;
- Layihə tapşırıqlarının prioritetləşdirilməsi və resursların düzgün bölüşdürülməsinə nəzarət edilməsi;
- Paralel icra olunan bir neçə layihənin operativ və koordinasiyalı idarə edilməsi;
- Rəhbərlik üçün qısa, strukturlaşdırılmış və faktlara əsaslanan hesabatların hazırlanması;
- Dövlət qurumları və digər tərəfdaşlarla birgə icra olunan layihələrdə Agentlik adından iştirakın təmin edilməsi;
- Layihələr üzrə qərarların real icra vəziyyətinə əsaslanaraq formalaşdırılmasına dəstəyin göstərilməsi.
Tələblər
- Ali təhsil (layihə idarəetməsi, menecment, informasiya texnologiyaları və ya müvafiq sahələr üzrə);
- Layihə idarəetməsi üzrə minimum 4-6 il iş təcrübəsi;
- Layihələrin başdan sona qədər icrasında praktiki nəzarət və tamamlama təcrübəsi;
- Planlama, monitorinq və hesabat üzrə güclü biliklər;
- Jira, ClickUp, Notion və ya oxşar layihə idarəetmə alətləri ilə iş təcrübəsi;
- Risklərin idarə olunması və icra problemlərinin operativ həlli bacarığı;
- KPI-ların hazırlanması və icra effektivliyinin ölçülməsi üzrə təcrübə;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı, maraqlı tərəflərlə effektiv əməkdaşlıq;
- Azərbaycan dili – səlis; İngilis dili – işgüzar səviyyədə.
Üstünlük sayılacaq
- Dövlət qurumlarında layihə idarəetməsi təcrübəsi;
- Beynəlxalq tərəfdaşlarla və çoxtərəfli layihələrlə iş təcrübəsi;
- Oyun ekosistemi, sənayesi və ya rəqəmsal kreativ sahələr üzrə layihələrdə iştirak;
- Startap, innovasiya ekosistemi və ya texnoloji icma yönümlü istiqamətlərdə iş təcrübəsi;
- “Agile”, “Scrum” və ya hibrid layihə idarəetmə metodologiyaları üzrə praktiki biliklər.