İşin təsviri
- İnnovasiya, süni intellekt və İKT sahəsində elmi tədqiqatların artırılması və nəticələrinin kommersiyalaşdırılması üzrə proqramların idarə edilməsi;
- Dövlət müəssisələrinin və özəl sektorun innovasiya fəaliyyətində iştirak payının artırılması üzrə proqramların koordinasiyası;
- Ali təhsil müəssisəsi – sənaye tərəfdaşlığı çərçivəsində qrant əsaslı tədqiqat layihələrinin təşviqi və idarə edilməsi;
- Mərkəzi Bankın Rəqəmsal Valyutası platformasının tətbiqi layihəsində proqram səviyyəsində koordinasiya işlərinin aparılması;
- Startapların inkişafı üçün İKT infrastrukturunun gücləndirilməsi və istedad ehtiyatlarının yaradılması proqramlarının idarə edilməsi;
- Çoxsaylı layihələr arasında resursların bölüşdürülməsi, prioritetləşdirmə və risklərin idarə edilməsi;
- Maraqlı tərəflərlə (dövlət qurumları, özəl sektor, universitetlər) əlaqələndirmə və hesabatlılığın təmin edilməsi;
- Proqram səviyyəsində strateji planlaşdırma və icra monitorinqinin həyata keçirilməsi.
Tələblər
- Ali təhsil (layihə/proqram idarəetməsi, İKT, biznes idarəetməsi və ya əlaqəli sahələrdə; magistr dərəcəsinə üstünlük verilir);
- Sahə üzrə minimum 3 il iş stajı (proqram idarəetməsi, layihə idarəetməsi və ya əlaqəli sahədə);
- PMP, PgMP, PRINCE2 və ya oxşar sertifikatların olması zəruridir;
- Çoxlu maraqlı tərəflərlə işləmə və əlaqələndirmə bacarıqları;
- Strateji düşüncə, analitik yanaşma və problem həlletmə bacarıqları;
- Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili – yaxşı səviyyədə.