İşin təsviri
- Agentliyin və layihələrin vizual üslubuna uyğun qrafik dizayn işlərinin hazırlanması;
- Sosial media platformaları (Instagram, Facebook, LinkedIn və s.) üçün kreativ və vizual cəlbedici dizaynların hazırlanması;
- Reklam kampaniyaları üçün bannerlər, posterlər və digər vizual materialların yaradılması;
- İRİA və digər markaların sosial media kanallarında istifadə ediləcək vizual materialların hazırlanması;
- Briflər əsasında dizayn işlərinin icra edilməsi, brend kimliyinə uyğunluğun qorunması;
- Korporativ tədbirlər, təqdimatlar və promo materiallar üçün dizaynların hazırlanması;
- Agentlikdaxili və ya xarici layihələrə uyğun vizual ünsiyyət strategiyasının hazırlanmasına töhfə verilməsi;
- Dizaynların çap və rəqəmsal formatlara uyğunlaşdırılması.
Tələblər
- Adobe Photoshop və Illustrator üzrə peşəkar səviyyə;
- Figma ilə işləmə bacarığı;
- Sosial media, web saytlar və digital platformalar üçün kreativ, müasir və informativ dizayn hazırlamaq bacarığı;
- UI yönümlü düşüncə tərzi (sadəlik, oxunaqlılıq, informasiya hierarxiyası anlayışı);
- Dövlət xidmətləri kimi rəsmiyyət tələb edən brendlərlə işləməyə adaptasiya bacarığı;
- After Effects ilə motion dizayn hazırlamaq və 3D qrafik hazırlama bacarığı (üstünlükdür);
- Detallara qarşı yüksək həssaslıq, sürətli işləmə.