İşin təsviri
Təsvir
- Qamma şüalandırma qurğusunun və köməkçi sistemlərin idarə olunması və iş rejiminin monitorinqinin aparılması;
- Qurğunun etibarlı və təhlükəsiz istismarının təmin edilməsi məqsədilə müntəzəm texniki baxışların və texniki xidmət tədbirlərinin həyata keçirilməsi;
- Dozimetrik nəzarət sistemlərinin və ölçmə cihazlarının istismarının, kalibrlənməsinin və monitorinqinin təmin edilməsi;
- Şüalandırılacaq məhsulların qəbul edilməsi, qurğuya yüklənməsi və şüalandırmadan sonra boşaldılması proseslərinin təşkili və icrası;
- Radiasiya təhlükəsizliyi tələblərinə uyğun olaraq radiasiya risklərinin minimuma endirilməsi məqsədilə təhlükəsizlik prosedurlarının və təlimatlarının tətbiqi;
- Şüalandırma prosesləri üzrə operativ qeydlərin və texniki sənədlərin aparılması.
Tələblər
- Ali təhsil (mühəndislik, fizika, kimya və ya əlaqəli ixtisaslar üzrə);
- Radiasiya təhlükəsizliyi qaydaları və protokolları üzrə ilkin biliklər arzuolunandır;
- Kompüter və müvafiq proqram təminatı ilə işləmə bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (ingilis və rus dilləri arzuolunandır);
- Radiasiya texnologiyaları, dozimetriya və ya laboratoriya avadanlıqları üzrə ilkin biliklər arzuolunandır;
- Analitik düşünmə və problemlərin operativ həlli bacarığı;
- Tapşırıqların vaxtında və keyfiyyətli icra edilməsi, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.