İşin təsviri
- Dövlət qurumları tərəfindən təqdim edilən elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmə
- Təşkil edilən elektron xidmətlərin göstərilməsi metodlarının inkişafı və müasir trendlərə uyğunluğu, təkmilləşdirilməsi və optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
- Elektron xidmətlərin qiymətləndirilməsi proseslərinin həyata keçirilməsi;
- Rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi;
- “Rəqəmsal İnkişaf Konsepsiyası” çərçivəsində sistemlərin analiz (diaqnostikası) edilməsi;
- Qiymətləndirmə və diaqnostika nəticələrinə dair hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Qiymətləndirmə və diaqnostika nəticələri üzrə tövsiyələrin hazırlanması;
- Qiymətləndirmə metodologiyalarının təkmilləşdirilməsinə dəstək edilməsi;
- Daxil olan yeni layihələrin (elektron xidmət, informasiya ehtiyat və sistemləri üçün) uyğunluğunun normativ aktlar çərçivəsində təmin edilməsi;
- Dövlət qurumları tərəfindən təşkil edilən və göstərilən elektron xidmətlərin “Vahid Reyestr”ə qeydiyyatını təmin edilməsi;
- Dövlət qurumları tərəfindən formalaşdırılmış informasiya ehtiyatlarının və sistemlərinin “Vahid Reyestr”ə qeydiyyatının təmin edilməsi;
- Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğunun müəyyən edilməsi;
- Rüblük illik hesabatların hazırlanması.
Tələblər
- Ali təhsil;
- Elektron xidmətlərin qiymətləndirilməsi sahəsi üzrə ən az 3 (üç) il iş stajı;
- İnformasiya texnologiyaları, kompüter informasiya sistemləri və ya oxşar sahələrdə ixtisaslaşma;
- Texniki səviyyədə ingilis dili biliyi;
- CIA, ISO 27001, COBIT, ITIL və ya ekvivalenti üzrə sertifikatlar;
- microsoft Office bacarıqları;
- Dövlət idarəçiliyində rəqəmsal xidmətlər və informasiya sistemləri üzrə normativ-hüquqi aktlarla işləmə və rəy hazırlama bacarığı;
- İnformasiya sistemləri üzrə əsas texniki biliklər (web əsasları, API/inteqrasiya, məlumat bazası anlayışları, rol və icazələr, loqlama);
- Analitik düşünmə və təqdim edilən sənədlərin (texniki təsvir, konsept, TŞ, proses sxemi və s.) məntiqi təhlili bacarığı;
- Elektron xidmətlərin təşkili, göstərilməsi, Elektron Hökumət/EHİS və dövlət reyestrləri üzrə ümumi anlayış;
- Problem həll etmək,təşkilatçılıq, qərarvermə, ünsiyyət qabiliyyəti;
- Analitik düşünmə və sənədləşdirmə bacarığı;
- Layihə və vaxt idarəetməsi bacarığı;
- Texniki hüquqi sənədlərin analiz etmə bacarığı;
- Qiymətləndirmə/diaqnostika və məqsədəuyğunluq rəyi hazırlama bacarığı;
- İT idarəetmə çərçivələrinin (COBIT kimi) və risklərin idarə edilməsi prinsiplərinin başa düşülməsi;
- İT idarəetmənin dizayn və effektivliyinin və tənzimləyici tələblər və uyğunluq “framework”ləri (məsələn: GDPR,SOX, PCI, DSS, HIPAA və s.) ilə tanışlıq və bu standartlara uyğunluğun qiymətləndirilməsi bacarığı;
- ISO 27001 kimi təhlükəsizlik “framework”ləri ilə tanışlıq;
- Layihələrin idarəedilməsi üzrə mövcud olan “framework”ləri və metodologiyaları (məsələn Agile, Waterfall) başa düşmək.