İşin təsviri
- Elektron hökumət və rəqəmsallaşma sahəsi üzrə beynəlxalq təcrübənin araşdırılmasında dəstək;
- Tapşırıqların qeydə alınması, icra statuslarının izlənilməsi və icraçılara məlumat verilməsində dəstək;
- Hesabatların hazırlanması və onların strukturlaşdırılmasında iştirak;
- Təqdimatların hazırlanması, məzmunun formalaşdırılması və vizual baxımdan təkmilləşdirilməsində iştirak;
- Hazırlanmış sənədlərin (məktublar, hesabatlar və təqdimatlar) məzmun, format, leksik və qrammatik baxımdan yoxlanılması və düzəlişlərin edilməsində iştirak;
- Aidiyyəti struktur bölmənin tapşırıqlarının əlaqələndirilməsi, habelə digər qurumlarla koordinasiyalı fəaliyyətin təşkilində iştirak;
- Struktur bölmənin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlardan irəli gələn digər tapşırıqların icrasında dəstək.
Tələblər
- İnformasiya texnologiyaları, Hüquq və ya oxşar sahələr üzrə ali təhsil (məzun və ya təhsili davam edən);
- Microsoft Office (Word, Excel, PowerPoint, Teams, Outlook) proqramları ilə işləmə bacarığı;
- “Jira” və “Confluence” kimi alətlərlə işləmə bacarığı (arzuolunandır);
- Normativ hüquqi aktların araşdırılması və təhlili bacarığı;
- Müvafiq sahələr üzrə beynəlxalq təcrübənin araşdırılması üçün onlayn araşdırma və təhlil bacarıqları (bu baxımdan əlavə ingilis və ya rus dillərinin olması arzuolunandır);
- Analitik və kommunikasiya bacarıqları;
- İşə məsuliyyətli yanaşma və punktuallıq.