İşin təsviri
- Təhsil layihələrin icra planına uyğun olaraq gündəlik fəaliyyətlərin təşkilini və əlaqələndirilməsini təmin etmək;
- Layihə sənədlərinin (planlar, hesabatlar, təqdimatlar və s.) hazırlanmasında və maraqlı tərəflərə təqdim edilməsində iştirak etmək;
- Təhsil layihələrin icrası zamanı tərəfdaş qurumlarla işgüzar əlaqələrin qurulmasına və saxlanılmasına dəstək göstərmək, zəruri hallarda iclaslarda iştirak etmək;
- Yerli və xarici səfərlər, görüşlər və tədbirlərlə bağlı logistikanın və təşkilati məsələlərin koordinasiyasını həyata keçirmək;
- Layihə çərçivəsində tələbələrin seçim, müsahibə və imtahan mərhələlərinin təşkilinə nəzarət etmək;
- Təhsilalanlar barədə məlumatların (datanın) toplanması və hesabatların hazırlanmasında iştirak etmək;
- Layihələrin monitorinqi üçün nəzərdə tutulmuş məlumatların toplanmasını və müvafiq şöbəyə təqdim edilməsini təmin etmək;
- Anket və sorğuların keçirilməsi ilə bağlı təşkilati işlərdə iştirak etmək;
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Tələblər
- Ali təhsil (təhsil, informasiya texnologiyaları, idarəetmə və ya əlaqəli sahə üzrə);
- Müvafiq sahədə 1–3 il iş təcrübəsi;
- Layihə idarəetməsi üzrə beynəlxalq və ya yerli sertifikatlara malik olmaq üstünlükdür;
- MS Office proqramlarını (Excel, Word, PowerPoint və s.) yaxşı səviyyədə bilmək;
- Azərbaycan dilində səlis yazı və şifahi bacarıqlar; İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək (arzuolunandır);
- Komanda ilə işləmə bacarığı;
- Effektiv kommunikasiya və düzgün ünsiyyət qurmaq bacarığı;
- Yüksək məsuliyyət və təşkilatçılıq qabiliyyəti.