İşin təsviri
Təsvir
Aşağıdakı təcrübə istiqamətləri üzrə “Rəqəmsal Zəka” II dalğası başlayır:
- Data və Süni intellekt (Data Engineering, AI, Business Analytics)
- Proqramlaşdırma və Rəqəmsal həllər (Software Development, QA, UI/UX Design)
- İnnovasiya (Innovation Strategy, Technoparks, Project Management)
- İnsan resursları (Tech recruitment, Employee engagement)
- Hüquq, Risk və Maliyyə (Corporate Law, Compliance, Risk Management, Budgeting)
- Müştəri təcrübəsi və Rəqəmsal marketinq (Customer Loyalty, Digital Marketing, Contact Center)
Tələblər
1. Ümumi tələblər (Bütün istiqamətlər üçün):
- Ali təhsil müəssisələrinin sonuncu kurs tələbəsi və ya yeni məzun (bakalavr/magistr);
- Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti, ingilis və ya rus dili bilikləri (sahədən asılı olaraq) vacibdir;
- Analitik düşünmə, komandada işləmə qabiliyyəti, öyrənməyə həvəs və yüksək məsuliyyət hissi;
- AI alətlərdən istifadə bacarığı;
- Excel, Word və PowerPoint proqramları ilə işləmək bacarığı.
2. Sahə üzrə spesifik tələblər:
- Data və süni intellekt – Riyazi biliklər, SQL, Python və ya R proqramlaşdırma dilləri ilə tanışlıq, data vizuallaşdırma marağı;
- Proqramlaşdırma – Alqoritmik düşüncə, Veb (HTML/CSS/JS) və ya Mobil (Flutter/Swift/Kotlin) inkişaf sahələrində baza bilikləri;
- İnnovasiya – İnnovasiya strategiyaları, vençur və investisiya mühiti, beynəlxalq partnyorluqlar və texnoparklarla iş mexanizmlərinə maraq. Layihələrin planlaşdırılması, KPI monitorinqi və strateji hesabatlılıq bacarığı;
- Maliyyə – Mühasibat uçotu və audit, Maliyyə və ya İqtisadiyyat üzrə təhsil. Mühasibat sənədlərinin hazırlanması, ilkin uçot əməliyyatları və büdcə planlaşdırılması prosesləri ilə tanışlıq;
- İnsan resursları – İR sahəsində karyera qurmaq marağı, güclü kommunikasiya və təşkilatçılıq bacarıqları;
- Hüquq – Mülki və korporativ hüquq normaları haqqında nəzəri biliklər, hüquqi sənədlərlə işləmək həvəsi;
- Müştəri təcrübəsi və marketinq – Rəqəmsal trendləri izləmə bacarığı, kreativ yanaşma və vətəndaşlarla peşakar ünsiyyət.
Üstünlük verilir:
- Müvafiq sahə üzrə sertifikatlar (məsələn, Google, Microsoft və ya Coursera üzərindən);
- Daha əvvəl könüllü fəaliyyətlərdə və ya kiçik layihələrdə iştirak təcrübəsi;
- Texnoloji trendləri (AI, rəqəmsallaşma) yaxından izləmə.