İşin təsviri
Təsvir
– Agentliklə satınalmaların təşkilində Qanunvericiliyə uyğunluq, səmərəlilik və şəffaflıq prinsiplərinin təmin edilməsi;
– Satınalma planlarını strateji məqsədlərə uyğun formalaşdırılması və icrasının təmin edilməsi;
– Mal, iş və xidmətlərin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satın alınmasının təşkil edilməsi;
– Satınalma müqavilələrinin hazırlanmasını habelə imzalanmasını təmin etmək və icrasının izlənilməsində iştirak etmək;
– Satınalma və təchizat üzrə həftəlik, aylıq, rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
– Dövlət orqanları və nəzarət qurumlarına, daxili və kənar auditlərə qanuni hesabatların təqdim edilməsi;
– Şöbənin fəaliyyətinin təşkili, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünün aparılması və rəhbərlik edilməsi;
– Şöbənin əməkdaşlarının peşəkar inkişafının təmin edilməsi və təlimlərin təşkil edilməsi;
– Müvafiq maliyyə-iqtisadi təhlillərin aparılmasının və əsaslandırılmış təkliflərin təqdim edilməsinin təmin edilməsi;
– Satınalma komissiyasında işlərin əlaqələndirilməsi;
– Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi;
– Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması;
– Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.
Tələblər
– Ali təhsil;
– Ümumi müvafiq sahə üzrə 5 il iş staj, rəhbər fəaliyyəti üzrə minimum 2 il iş staj;
– Azərbaycan dili səlis, ingilis və rus dili bacarığı;
– Satınalma və müqavilə idarəçiliyi üzrə təcrübə;
– “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu üzrə nəzəri və praktiki biliklər;
– CİPS, PMP və s. sertifikatların olması üstünlükdür;
– Liderlik, qərarvermə, vaxtın və resursların idarə olunması bacarığı;
– MS Office proqramlarını bilmək, e-tender portalında işləmək bacarığı;
– Yüksək səviyyədə təqdimetmə, ünsiyyət və komandanın idarəetməsi bacarıqları.