Satınalmalar üzrə aparıcı mütəxəssis

İşin təsviri

– İşlərin təsdiq olunmuş Dövlət satınalmaları haqqında qanuna,NK qərarları və digər fərmanlara uyğun icra edilməsi;

– Bazarın araşdırılması, tədarükçülərlə əlaqələrin qurulması, qiymətlərin müqayisəsinin aparılması;

– Satınalma prosedurlarının həyata keçirilməsi (daxili prosedurlar);

– Satınalma müqavilələrinin hazırlanması;

– Satınalma müqavilələrinin qanunvericiliyə və müqavilə şərtlərinə uyğun icrasına müqavilə meneceri ilə birgə nəzarət edilməsi;

– Şöbənin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirilməsi;

– Təchizat sifarişlərinin idarə edilməsi;

– Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması və təhlil olunması;

– Satınalmalara dair məlumat bazasının formalaşdırılması və satınalmalar barədə hesabatların hazırlanması;

– Fəaliyyət istiqamətinə aid hesabat və digər sənədlərdən müvafiq qaydada istifadə edilməsi.

Tələblər

– Ali təhsil;

– Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;

– Azərbaycan dili səlis, İngilis və rus dili bacarığı arzuolunandır;

– MS Office proqramlarını bilmək, e-tender portalında işləmək bacarığı;

-“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu ətraflı bilmək və tətbiq etmək;

– Analitik düşüncə qabilyyətinə malik olmaq;

– Komanda ilə işləmə bacarığı, məsuliyyətlilik, nəticə yönümlülük və aktiv öyrənmə bacarığı.