Məzmuna keçin
Bu elanın müddəti bitib. Səhifə arxivdə qalır. Aşağıda oxşar aktiv elanlar var.Oxşar elanlar
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yerləşdirilib

Sistem İnzibatçısı

Şəhər
Bakı
İş növü
Tam iş günü

Oxşar aktiv elanlar

Bütün Bakı vakansiyaları →

Vakansiya haqqında

  • Əməliyyat sistemlərinin (Windows, Linux) sazlanmasını və konfiqurasiyasının təmin edilməsi;
  • Virtual mühitlərdə (VMware, Hyper-V) host və guest sistemlərinin idarəsinin həyata keçirilməsi;
  • Hökümət (G-cloud) bulud sistemində resurslara nəzarət edilməsi və mütəmadi optimizasiyaların aparılması;
  • Fayl paylaşımı, domen mühiti və şəbəkə resurslarının işlək vəziyyətdə saxlanmasının təmin edilməsi;
  • Ehtiyat nüsxələmə (backup) sistemlərində verilənlərin müntəzəm rezerv olunmasının təmin edilməsi;
  • Serverlərdə baş verən texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
  • Server və xidmətlərin monitorinqinin və loqlamasının aparılması;
  • Dev/Test/Prod mühitlərinin yaradılmasında və dəstəklənməsində iştirak edilməsi;
  • Ənənəvi proqram arxitekturalı sistemlərin dəstəklənməsi və fasiləsizliyinin təmin edilməsi;
  • İnfrastrukturda baş verən dəyişikliklərin sənədləşdirilməsi.

Tələblər

  • Ali təhsil;
  • Sistem inzibatçılığı sahəsində 1–3il iş stajı;
  • Windows Server və Linux (RedHat/Ubuntu) sistemlərində inzibatçılıq bacarığı;
  • Active Directory, DNS, DHCP, Group Policy idarəetməsi;
  • Virtualizasiya mühitləri üzrə biliklər (VMware, Vcloud və s.);
  • Microsoft 365 üzrə biliklər;
  • Backup sistemləri üzrə baza biliklər;
  • PowerShell və ya Bash skriptləri ilə işləmək bacarığı;
  • NFS, SMB, DFS kimi fayl paylaşım texnologiyalarında təcrübə;
  • Git və GitLab ilə işləmə bacarığı;
  • Analitik düşüncə, intizam və məsuliyyətlilik.

Əlavə məlumat

  • Təcrübə: 3 il
  • Vəzifə səviyyəsi: Mütəxəssis
  • Təhsil: Bakalavr