İşin təsviri
Təsvir
- Qurumun sosial media kanallarından (Facebook, Instagram və digər platformalar) gələn müştəri mesajlarına vaxtında və düzgün cavab vermək, müştəri suallarını cavablandırmaq və əlaqələri gücləndirmək;
- Qurumun rəsmi e-poçt ünvanına daxil olan müraciətləri qəbul etmək və cavablandırmaq;
- mygov platformasından gələn istifadəçi müraciətlərini qəbul etmək, düzgün və effektiv cavablar vermək və müvafiq şöbələrə yönləndirmək;
- İstifadəçilərin rəqəmsal giriş vasitəsilə (üz tanıma) qeydiyyatını qəbul etmək və bu prosesin düzgün həyata keçirilməsini təmin etmək;
- Dövlət qurumlarından ESD (Elektron Hökumət Xidməti) vasitəsilə daxil olan müraciətləri qəbul etmək, düzgün cavab vermək və ya lazımi yönləndirmələri etmək;
- Hər hansı bir müraciət və ya problem meydana gəldikdə, məsələnin həllinə yönəldilməsi üçün müvafiq şöbələrə və ya aidiyyəti şəxslərə müraciətlərin ötürülməsi;
- Qurumun məhsul və xidmətləri barədə bilikləri daim yeniləyərək müştərilərə düzgün və dəqiq məlumatlar təqdim etmək;
- Müştərinin tələblərinə uyğun həllər təklif etmək və onlara uyğun məsləhətlər vermək;
- Müştəri qarşısında yüksək xidmət keyfiyyətini qorumaq, onlara dəstək vermək və hər bir müraciətə peşəkar yanaşmaq;
- Sosial media və digər kanallarda qarşılaşılan çətinlikləri və böhranları effektiv şəkildə idarə edərək brendin nüfuzunu qorumaq;
- Müraciət əsnasında müvafiq məlumatları düzgün şəkildə qeyd edərək, müştəri məlumatlarını sistemə daxil etmək və izləmək;
- Bütün müştəri və istifadəçi məlumatlarının məxfiliyini qorumaq və təhlükəsizlik protokollarına riayət etmək;
- Rəhbərliyin təqdim etdiyi digər tapşırıqlar.
Tələblər
– Ali təhsil:
– Sosial media idarəetməsi və müştəri xidmətləri sahəsində ən azı 1-2 il təcrübə;
– Güclü yazılı və şifahi ünsiyyət bacarıqları, sosial şəbəkələrdə və müştəri xidmətləri sahəsində peşəkar üslub.
– Sosial media platformalarından (Facebook, Instagram və s.) istifadə bacarığı, e-poçt proqramları və CRM sistemləri ilə təcrübə;
– Microsoft Office proqramlarında biliklər (Word, Excel, PowerPoint);
– Azərbaycan, İngilis və Rus dilində səlis yazılı ünsiyyət bacarıqları;
– Müştəri yönümlülük;
– Detallara diqqət;
– Çoxsaylı tapşırıqları idarə etmək qabiliyyəti;
– Tez dəyişən iş mühitinə uyğunlaşma bacarığı;
– Növbəli iş qrafikində işləmə, həftə sonları və bayram günlərində də xidmət göstərmə imkanı.
– Yüksək təşkilatçılıq və vaxt idarəetmə bacarıqları