UX/UI dizayn sahəsində istifadəçi tələblərinə uyğun əsas dizayn prinsiplərini tətbiq edərək tapşırıqları yerinə yetirmək;
Qurum daxilində müəyyən olunmuş dizayn sistemini öyrənmək və ondan istifadə etmək;
Komandanın digər üzvlərinin rəhbərliyi altında sadə istifadəçi interfeyslərinin (UI) hazırlanmasında iştirak etmək;
İstifadəçi tədqiqatlarına dəstək vermək – sadə anketlərin, müsahibələrin və ilkin araşdırmaların aparılmasına kömək etmək;
Təlimlər və mentorluq proqramları çərçivəsində öz bilik və bacarıqlarını inkişaf etdirmək;
Tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək üçün Figma, Maze, Jira, Confluence kimi alətlərdən istifadə etmək və bu sahədə özünü inkişaf etdirmək;
UX dizayn sahəsində əsas terminləri və yanaşmaları öyrənmək və praktikada tətbiq etməyə başlamaq;
Etdiyi tapşırıqlara dair hesabatlar hazırlamaq və əldə olunan nəticələri komanda ilə bölüşmək.
Tələblər
Ən azı 1 il iş təcrübəsi və ya praktiki layihələrdə iştirak etmiş olmaq;
UX/UI dizayn sahəsində əsas biliklərə malik olmaq və bu istiqamətdə inkişaf etməyə maraqlı olmaq;
Rəqəmsal məhsulların dizaynına dair baza səviyyəsində anlayışa malik olmaq;
UX/UI dizaynın əsas prinsiplərini (istifadəçi mərkəzli dizayn, vizual iyerarxiya, rəng, tipoqrafika və s.) başa düşmək və onları tətbiq etməyə başlamaq;
Figma kimi əsas dizayn alətləri ilə ilkin işləmə təcrübəsinə malik olmaq və onun imkanlarını öyrənməyə hazır olmaq;
İstifadəçi tədqiqatları və analitik düşüncə bacarıqlarına maraq göstərmək;
Mobil (iOS, Android) və Web platformaların dizayn prinsipləri üzrə biliyə sahib olmaq;
Öyrənməyə açıq olmaq və yeni bilikləri sürətli mənimsəmək bacarığına malik olmaq;
Komanda ilə işləmə və feedback mədəniyyətini anlamaq və qəbul etmək;
Minimal olaraq “Pre-Intermediate” səviyyəsində İngilis dili bilikləri.