İşin təsviri
- İnnovasiya ekosistemi üzrə yerli və beynəlxalq layihə və proqramların planlaşdırılması, icrası və nəzarəti;
- Çoxfunksiyalı komandanın (layihə rəhbərləri, layihə koordinatorları, mütəxəssislər və s.) fəaliyyətini idarə etmək;
- Layihə prioritetlərinin, tapşırıqların və resursların düzgün bölüşdürülməsi və dövlət strategiya sənədlərinə uyğun icrasının təmin edilməsi;
- Komanda daxili qərarvermə, konfliktlərin həlli və nəticə yönümlü iş mühitinin qurulması;
- Dövlət qurumları, yerli və xarici donor təşkilatları, akademiya və özəl sektorla əməkdaşlığın idarə edilməsi;
- Layihə büdcələrinin, risklərin, müddətlərin və hesabatların idarə olunması;
- Qlobal innovasiya trendlərinin təhlili və milli təşəbbüslərin beynəlxalq praktikalarla uyğunlaşdırılması;
- Yüksək səviyyəli hesabatlar, tövsiyələr və təqdimatların hazırlanması;
- Qurumu beynəlxalq tədbirlərdə və işçi qruplarda təmsil etmək.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Biznes İdarəçiliyi, İnnovasiya, Beynəlxalq Münasibətlər və ya əlaqədar sahələr üzrə);
- Minimum 5 il layihə və proqram idarəçiliyi təcrübəsi, İnnovasiya və startap ekosistemi üzrə ən az 2 il iş təcrübəsi, o cümlədən ən azı 2 il komanda idarəçiliyi təcrübəsi;
- Layihə idarəetmə metodologiyaları (PMI, PRINCE2, Agile və s.) üzrə biliklər;
- Maliyyə və hüquq sahəsi üzrə güclü bilik bazası;
- Güclü stakeholder management və strateji düşünmə bacarıqları;
- İngilis dili (minimum – C1 səviyyəsində) və Rus dili (arzuolunandır).
- Beynəlxalq donor layihələri ilə iş təcrübəsi üstünlükdür;
- PMP və ya PRINCE2 sertifikatı üstünlük sayılır.
Tələb olunan səriştələr:
- Liderlik və komanda ruhunu gücləndirmək bacarığı;
- Çevik düşüncə və yüksək məsuliyyət hissi;
- Analitik yanaşma və qərarvermə çevikliyi;
- İctimai çıxış və güclü kommunikasiya bacarıqları.