Məzmuna keçin
Intermak Group yerləşdirilib

Ofis meneceri

Maaş
600 – 800 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İş şəraiti

Ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2360

İş rejimi: 6 günlük

İş saatları: Həftə içi : 09:30-17:30

6-cı gün: 10:00-16:00

Nahar şirkət tərəfindən təmin olunur.

Vəzifə öhdəlikləri

Şirkətin veb-saytları üzərindən daxil olan sorğu və müraciətlərin gündəlik izlənilməsi və idarə olunması;

Daxil olan sorğuların məzmununa uyğun olaraq aidiyyəti şöbə və əməkdaşlara düzgün və operativ şəkildə yönləndirilməsi;

Standart və ümumi xarakterli sorğuların müəyyən edilmiş qaydalara uyğun cavablandırılması;

Yönləndirilmiş sorğuların icra vəziyyətinin izlənilməsi və zərurət yarandıqda aidiyyəti şəxslərlə əlaqələndirilməsi;

Sorğuların qeydiyyatının aparılması və müvafiq məlumatların sistemləşdirilməsi;

Şirkətin ümumi e-mail ünvanına daxil olan məktub və müraciətlərin idarə olunması;

Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi;

Ofisə gələn qonaqların qarşılanması və düzgün istiqamətləndirilməsi;

Şirkətdaxili məlumat və sənədlərin müvafiq şəxslərə çatdırılmasının təmin edilməsi;

Gündəlik inzibati və təşkilati işlərin koordinasiyası;

Görüşlərin və zəruri hallarda rəhbərliyin iş qrafikinin təşkilinə dəstək göstərilməsi;

Ofis ləvazimatları və gündəlik ehtiyacların izlənilməsi;

Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili
  • Minimum 6 ay iş təcrübəsi
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı
  • MS Office proqramları ilə işləmək bacarığı
  • E-mail və onlayn müraciət sistemləri ilə işləmək bacarığı
  • Yüksək ünsiyyət və koordinasiya qabiliyyəti
  • Məlumatı düzgün analiz edərək aidiyyəti şəxslərə yönləndirmək bacarığı
  • Operativlik, diqqətlilik və məsuliyyətlilik
  • Komandada işləmək və peşəkar işgüzar ünsiyyət qurmaq bacarığı
  • Əsas bacarıqlar
  • Müştəriyönümlülük
  • Sorğuların idarə olunması
  • İşgüzar yazışma
  • Koordinasiya

Üstünlük hesab olunur

  • Rus və ya ingilis dili biliyi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →