Kredit mütəxəssisi (Bank Olmayan Kredit Təşkilatı)

Müraciət et

Müraciət et

CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Aktiv satış təbliğatının aparılması və yeni potensial müştərilərin  cəlb edilməsi üçün təşəbbüskarlıq göstərmək;
  • Daxil olan kredit müraciətlərini qəbul edib, analiz etmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  • Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
  • Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək;
  • İdarə olunan portfelə dair hesabatlar və ümumi hesabatlar təqdim etmək.

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
  • Bəy namizəd
  • Bank və bank olmayan kredit sahəsində kredit mütəxəssisi olaraq, əsasən Avtomobil krediti ürzə iş təcrübəsi; 
  • Analitik düşüncə və hesablama aparma qabiliyyəti;
  • MS Office proqramlarında iş bacarığı, müqavilələrin tərtib olunması;
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (yaxşı);
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;
  • Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti;
  • Rəhbərliyin tapşırığı ilə digər əməliyyatları yerinə yetirmək.

Bizim təminatımız

  • İş qrafiki: 5 günlük
  • Əmək haqqı 600 AZN + Bonus 

Ünvan: Bakı şəhəri, Təbriz 6

CV-ləri  şəkil əlavə etməklə mövzü bölməsində “Kredit mütəxəssisi” BOKT qeyd edərək hr@irshad.az elektron poçt ünvanına göndərin.

Əlaqə nömrəsi: +994 55 211 16 65