İşin təsviri
- Aktiv satış təbliğatının aparılması və yeni potensial müştərilərin cəlb edilməsi üçün təşəbbüskarlıq göstərmək;
- Daxil olan kredit müraciətlərini qəbul edib, analiz etmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək;
- İdarə olunan portfelə dair hesabatlar və ümumi hesabatlar təqdim etmək.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
- Bəy namizəd
- Bank və bank olmayan kredit sahəsində kredit mütəxəssisi olaraq, əsasən Avtomobil krediti ürzə iş təcrübəsi;
- Analitik düşüncə və hesablama aparma qabiliyyəti;
- MS Office proqramlarında iş bacarığı, müqavilələrin tərtib olunması;
- Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (yaxşı);
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;
- Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti;
- Rəhbərliyin tapşırığı ilə digər əməliyyatları yerinə yetirmək.
Bizim təminatımız
- İş qrafiki: 5 günlük
- Əmək haqqı 600 AZN + Bonus
Ünvan: Bakı şəhəri, Təbriz 6
CV-ləri şəkil əlavə etməklə mövzü bölməsində “Kredit mütəxəssisi” BOKT qeyd edərək hr@irshad.az elektron poçt ünvanına göndərin.
Əlaqə nömrəsi: +994 55 211 16 65