Təchizat üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

İş yeri – Bakı şəhəri

Vəzifə öhdəlikləri

  • təchizat proseslərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
  • mal- materiallarin alınmasını planlaşdırmaq və icra etmək;
  • təchizatçılarla mütəmadi əlaqələrin saxlanılması və əlaqələrin gücləndirilməsi istiqamətində işləri icra etmək;
  • təchizat üzrə xərclərin planlaşdırmaq və idarə etmək;
  • təchizat xərclərinin izlənmək və hesabatlarını hazırlamaq;
  • alınan xammal və materialların keyfiyyət standartlarına uyğunluğunu təmin etmək;
  • keyfiyyət problemlərinin həlli üçün müvafiq tədbirlər görmək;
  • istehsalat üçün tələb olunan materialların vaxtında təmin edilməsini təşkil etmək;
  • təchizat bazarını araşdırmaq, yeni tədarükçüləri tapmaq və qiymət dəyişikliklərini izləmək;
  • verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq və alınmasını təşkil etmək;
  • malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək;
  • alınan mal-materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
  • müvafiq bazar məlumatlarını rəhbərliyə təqdim etmək;
  • alış müqavilələrinin, təchizat sənədlərinin və digər müvafiq sənədlərin düzgün tərtib edilməsini təmin etmək;
  • təchizat fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • müvafiq sənəd dövriyyəsinin və arxiv işlərinin aparılmasını təmin etmək;
  • Zavodunun Əsasnaməsinə uyğun fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək .

Namizədə tələblər

  • Müvafiq sahədə ali təhsil;
  • Bu sahədə ən azı 2-3 il iş təcrübəsi;
  • MS Office, mühasibatlıq və təchizat proqramları – yüksək səviyyədə;
  • Rus dili – B2, İngilis dili – B2.

Uyğun namizədlər CV-lərini info@istisu.com poçt ünvanına “Təchizat üzrə mütəxəssis” başlığı ilə göndərə bilər.