İşin təsviri
- Redaksiyanın müəyyən etdiyi iş qrafiki ilə çalışmaq;
- Verilişdə efirə gedən bütün video kontentin əvvəlcədən müxbir və redaktorlardan qəbul edilməsi və baxış keçirilməsi;
- Videonun Ictimai Televiziya və Radio Yayımları Şirkətinin standartlarına uyğun olmasına məsuliyyət daşıyır;
- Sujetlərdə mətnin video ilə uzlaşması;
- Sujetlərin xronometrajina nəzarət;
- Sujetlərdə müasir illustrasiyalardan istifadəyə nəzarət;
- Sujetlərdə videonun keyfiyyətinə nəzarət ( əsmə, düşmə, sıçrayış kimi uyğunsuzluqlar);
- Efirə gedən qrafik həllərin standartlara uyğun olması;
- Materialda, verilişdə səhv və ya uyğunsuzluq aşkar etdikdə, onu efirə verməkdən imtina etmə səlahiyyətinə malikdir;
- İstisna hallarda sujet və ya veriliş Baş direktorun müavini və departament direktorunun icazəsi ilə efirə gedə bilər;
- Efirə reklam kontentinin verilməsinə məsuliyyət daşıyır və bunu departament direktorunun icazəsi ilə həyata keçirir;
- Hər xəbər buraxılışının başlanmasına 10 dəqiqə qalanadək efir şəbəkəsinə material əlavə edə bilər, bu müddətdən sonra məlumat əlavə etmək departament direktorunun və ya Baş direktorun razılığı əsasında həyata keçirilir.
Tələblər
- Müvafiq sahə üzrə İTV-də 3 il və ya televiziyada 5 il iş təcrübəsi
- Adobe Premier proqramında işləmə bacarığı.
- Geniş araşdırma bacarığına sahib olmalı;
- Yazı və danışıq qabiliyyəti;
- Rus və ya ingilis dili biliyi arzu olunandır.