İşin təsviri
Platformanın üstünlüklərini şirkətlərə təqdim edəcək, görüşlər aparacaq və yeni müştərilərin cəlb olunmasına cavabdeh olacaq Korporativ Satış Meneceri axtarılır. Güclü ünsiyyət bacarığı və satış təcrübəsi tələb olunur.
Vəzifə Öhdəlikləri:
- Müştərilərlə görüşlərin təşkili və aparılması, Jobu.az platformasının üstünlüklərinin və vakansiya yerləşdirmə paketlərinin təqdimatı.
- HR və İnsan Resursları rəhbərləri arasında Jobu.az-a qarşı inam yaratmağı bacarmaq, platformanı etibarlı tərəfdaş kimi təqdim etmək.
- Müştəri ehtiyaclarına uyğun fərdi təkliflərin hazırlanması və müqavilələrin bağlanması.
- Müqavilənin şərtlərinin müzakirəsi və satışın uğurla yekunlaşdırılması.
- Azərbaycanda kiçik, orta və böyük şirkətləri, o cümlədən HR və rəhbər şəxsləri hədəfləyərək yeni korporativ müştərilərin cəlb edilməsi.
- Soyuq zənglər, sosial media və networking vasitəsilə aktiv satış axtarışının aparılması.
- Çətin müştərilərlə qiymət və şərtlərlə bağlı danışıqlar apara bilmək və hər zaman şirkətin maraqlarını qorumaq.
Tələblər:
- Satış sahəsində təcrübəyə malik olmalıdır (ən azı 1il);
- Azərbaycan dilini mükəmməl bilməlidir, rus və ingilis dili arzuolunandır;
- Ünsiyyət bacarığı yüksək olmalıdır;
- Satış sahəsindəki rədd cavablarına qarşı dözümlülük;
- Stressə davamlı olmalıdır;
- Müştərinin tələblərini diqqət mərkəzində saxlamalıdır;
- Marketinq və Satışın əsasları ilə tanış olmalıdır;
- Satışa aid olan sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
- Kompüter bilikləri üzrə: MS Office proqramları ilə işləmə bacarıqına sahib olmalıdır;
Əməkhaqqı: Razılaşma yolu ilə
Maraqlanan şəxslər CV-lərini “cv@jobu.az” elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.